İran yeni Prezidentini seçir

Yayımlandı: 28 İyun 2024 12:58

Milyonlarla insanın seçkini boykot edəcəyi gözlənilir

İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra, iyunun 28-də İran yeni Prezidentini seçir.

“The Guardian” yazır ki, seçki İran, İsrail və ABŞ arasında regional gərginliyin yüksək olduğu bir vaxtda keçirilir.

İranda yaşı 18-dən yuxarı olan 61,5 milyondan çox şəxs var və onlar iyunun 28-də yeni Prezidentə səs verəcəklər.

Bununla belə, milyonlarla insanın seçkini boykot edəcəyi gözlənilir.

Sonuncu parlament seçkilərində İranda seçici fəallığının azaldığı müşahidə edilib.

Prezident seçkilərində iştirak üçün altı namizəd təsdiqlənib, onlardan ikisi son an namizədliklərini geri götürüb. Yerdə qalan, islahatçı deputat Məsud Pezeşkian, keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi, keçmiş nüvə sözçüsü və Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin spikeri Məhəmməd Bağer Qalibaf mübarizəni davam etdirir.

Əksər şəxsin namizədliyi təsdiqlənməyib. Onlar arasında keçmiş Prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani də var.

Namizədliklərini geri götürənlər isə Tehranın sərt xətt tərəfdarı olan meri Əlirza Zəkani və daha öncə İranın mühafizəkar xadimi, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidir.
İranın əvvəlki Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub. Bu hadisədən sonra prezident seçkiləri önə çəkilib.

İranın ali rəhbəri Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button