Rubrikalar: DÜNYA XuralTAC

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar yolu ilə təzyiqin daha da gücləndirildiyini elan edib.

Virtualaz.org xəbər verir ki, Ağ evdə jurnalistlərə açıqlama verən Tramp Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücuma görə İranın Mərkəzi Bankına sanksiya tətbiq edildiyini açıqlayıb. Trampın sözlərinə görə, söhbət tarix boyu İrana qarşı tətbiq edilmiş “ən yüksək səviyyəli sanksiyadan” gedir.

Maliyyə naziri Stiven Mnuçin isə əlavə edib ki, Milli Bank İranın sonuncu maliyyə qaynağı idi. Milli Bankdan əlavə İranın “Milli inkişaf fondu” və “Etemad Tejerate Pars Co.” şirkəti də sanksiyalar siyahısına daxil edilib.

ABŞ prezidenti onu da deyib ki, İrana qarşı hərbi tədbirlər planı da onun masası üzərindədir və vurulacaq hədəflər müəyyən edilib. Onun sözlərinə görə, istənilən vaxt İranın 15 obyektinə zərbə endirilməsi əmrini verə bilər. Bunun üçün bütün hazırlıqlar tamamlanıb, amma Trampa görə hərbi varianta əl atmaq “ən asan işdir”.

Jurnalistlərə müraciət edən Tramp deyib: “Mən burada, sizin yanınızda əmr verə bilərəm: “Uşaqlar, başlayın”. Və bu İran üçün çox pis gün olardı, sizlər isə yazmağa böyük mövzu əldə edərdiniz. Amma bu ən asan yoldur, ona görə də mən bunu etmək istəmirəm, əgər etməmək imkanım varsa”.

Prezident əlavə edib ki, zərbələrin endirilməsində tələsməmək zəiflik əlaməti deyil, əksinə, onların gücünü göstərir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hamının bilməsini istəyir

Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim “prosesin şəffaf keçirilməsini…

18 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

MSK-dan şübhəli qərar: Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu

"Bu bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də…

17 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Fazil Məmmədovun bankında nələr baş verir?

“Ata Bankda nə baş verir? Əmanətçilər depozitlərini nədən geri çəkə bilmirlər?” "Yeni Sabah" xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad…

17 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

“Azərsun Holding” məhsullarını daha da bahalaşdırdı

“Azərsun Holding” öz istehsal müəssisələrində emal və istehsal olunan məhsullarının 80 faizinin qiymətini artırıb. Unikal.org-un məlumatına görə, şirkət xarici partnyorları…

17 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

“Seçiciyə bu mesajla gəlirəm: sənin həyatın da, sənin hər gün gördüyün həyətin də dəyişəcək”

Rauf Arifoğlu: “Bunu 35 saylı seçki dairəsində məndən yaxşı edəcək namizəd yoxdur” “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu fevralın…

17 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadə “start” işarəsi verdi

Bu gün növbədənkənar Parlament seçkilərində yarışacaq namizədlər təbliğat-təşviqat işlərinə başlayır. Bununla bağlı Ümid Partiyasının Seçki Qərargahında sonuncu hazırlıq tədbiri keçirilib.…

17 Yanvar 2020
Xural.COM