İranda aktyora 5 il iş kəsildi

Qadın hüquqlarının qızğın müdafiəçisi aktyor Məhəmməd Sadegi siyasi fəallığına görə 5 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Aktyor Instagram-da yaydığı postda bildirir ki, İslam İnqilab Məhkəməsi “onu cəmiyyəti qızışdırmaqda və ölkənin milli təhlükəsizliyinə hədə yaratmaqda” ittiham edib.

Sadegi bu ilin iyulunda evinə keçirilən polis reydinin əsnasında həbs edilmişdi.

Reyd onun evinə Instagram platformasına yüklədiyi videodan bir gün sonra keçirilmişdi.

O həmin videoda o icbari hicab qanununu və qadınların geyim məhdudiyyətlərinin sərtləşdirilməsini tənqid edirdi.

Tehran Polis Komandanlığının İnformasiya Mərkəzinin məlumatında Sadeqi “zoraklığı qızışdırmaqda və qayda-qanunu və cəmiyyətin asayişini mühafizə edənlərin təhqir olunmasında” ittiham olunurdu.

Bəyanatda deyilirdi ki, onun həbsi “ədliyyə hakimiyyəti ilə koordinasiyada” həyata keçirilib.

Sadeginin ailəsi avqustun 14-də bildirmişdi ki, onun vəkili ilə görüşünə imkan verilımir. Bunun ardınca onun zaminlik vəsatətinə baxılmadığı deyilirdi.

İranda 9 yaşından yuxarı qızlar və qadınlar üçün hicab 1981-ci ildə, İslam inqilabından iki il sonra icbari edilib.

O vaxt bu qərar hiddətlə qarşılanmış, etirazlara səbəb olmuş, amma yeni hakimiyyət bütün aksiyaları amansızlıqla yatırmışdı.

O vaxtdan bəri İranda bir çox qadınlar hicab qaydasını sistematik şəkildə pozmaqda davam edirlər.

22 yaşlı Məhsa Əmininin ölümü hicaba qarşı müqavimətə yeni təkan verib.

“Qadın, Həyat, Azadlıq” devizi ilə keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb.

Bu aksiyalarda iştirak edənlər hicaba qarşı şüarlarla yanaşı, həm də dini hakimiyyətin devrilməsinə çağırışlar edirlər.

İran məşhurları – yazıçılar, aktyorlar, kino sənətçiləri və jurnalistlər aksiyalara dəstək bildirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button