İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü – YENİLƏNİB

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

 

APA-nın məlumatına görə, bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu “Aseman Airlines” aviaşirkətinə istinadən məlumat yayıb.

 

Qəza zamanı sağ qalan olmayıb.

 

12:04

 

 

İranda baş vermiş təyyarə qəzası ilə bağlı bəzi məqamlara aydınlıq gəlib. Lent.az İran mediasına istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə “Aseman” hava yolları şirkətinə məxsus olub. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Tahran-Yasuc xətti ilə hərəkət edən təyyarə bu gün yeri vaxtla saat 8:45-də havaya qalxıb və 50 dəqiqə sonra İsfahan bölgəsində radarlardan itib. “ART-72” tipli təyyarədə olanların taleyindən hələlik dəqiq məlumat yoxdur.

 

 

11:49

 

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

Göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button