İranda daha 82 nəfər koronavirusun qurbanı oldu

İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID 19) ölüb

Xural.com Virtualaz.org bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 594 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində həm də 8 212 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 681 682 nəfərə çatıb. Virus daşıyıcılarından 3 784 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 435 357 nəfər koronavirusdan sağalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button