İranda dalbadal daha iki zəlzələ oldu

İranın qərbində 4,0 və 3,8 bal gücündə ardıcıl iki zəlzələ baş verib.

Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin verdiyi xəbərə görə, ilk zəlzələnin episentri İranın Kermanşah şəhərindən 17 km şimal-qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.

İkinci zəlzələnin episentri Sarpol-e-Zahab şəhərindən 32 km şimal şərqdə, ocağı 8 km dərinlikdə yerləşib.

Xatırladaq ki, noyabrın 12-də  İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində azı 530 nəfər ölüb, 7,5 minə yaxın insan xəsarət alıb.(APA)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button