Rubrikalar: DÜNYA XuralTAC

İranda daşqın fəlakəti davam edir, 400 min insanın həyatı təhlükədədir

İran boyunca 3 həftəyə yaxındır ki, davam edən leysan yağışlar ardınca əmələ gələn daşqınlar 70-dən artıq insanın ölümünə səbəb olub. BBC xəbər verir ki, dünən, aprelin 6-da hakimiyyət cənubdakı Xuzistan bölgəsində daha 6 yaşayış məntəqəsinin təxliyəsinə dair qərar qəbul edib.

Bölgə çaylarındakı bəzi bəndlər təzyiqə tab gətirməyə bilər və belə halda tələfatın artması real təhlükədir – rəsmilər xəbərdarlıq edir.

Daşqınlar 10 minlərlə insanın məskunlaşdığı bölgələrə təsir göstərib. Minlərlə yol, körpü və ev məhv olub. Təbii fəlakət 31 bölgədən 24-nü əhatə edir.

Ən çox tələfat cənubdakı Fars, Xuzistan, qərbdəki Luristan və şimalda yerləşən Gülüstan bölgələrində qeydə alınıb.

Xuzistan vilayətinin qubernatoru Qolamrza Şariati dövlət televiziyasına bildirib ki, xilasedici komandalar sakinləri yaxınlıqdakı sığınacaqlara aparır. Bu sığınacaqlar arasında üç ordu barakı var.

Şariati deyib ki, baraj və su anbarlarından buraxılan fövqəladə sular da daşan suyun həcmini artırıb, lakin bu cür tədbirlər barajların daşmalarının qarşısını almaq üçün mühümdür, çünki çay suyunun səviyyəsi artmağa davam edir.

“Amerikanın səsi”nin məlumatına görə, gənc kişilərdən orada qalıb yardım əməliyyatlarına kömək etmələri istənilib.

Daxili İşlər naziri Əbdülrza Rəhmani Fazlı dövlət televiziyasına bildirib ki, vilayətətin 5 milyonluq əhalisindən təxminən 400 mini risk altındadır.

11 şəhər və onlarla kənd evakuasiya edilib. Vilayətin paytaxtı, 1.7 milyon sakini olan Əhvəz daxil olmaqla böyük şəhərlərdə evakuasiyaya dair göstəriş verilməyib.

İranın neft hasilatının təxminən 80 faizinin asılı olduğu vilayətdəki neft təsislərinə heç bir ziyan dəyməyib.

İlkin dəyərləndirmələrə görə, kənd təsərrüfatına dəyən ziyanın miqyası 47 trilyon riala çatır ($350 mln), İRNA agentliyi Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məhəmməd Musaviyə istinadən yaydığı xəbərdə bildirir. Hökumət itkilərin qarşılanacağını vəd edir.

Təxliyə işlərinə hərbçilər cəlb olunub.

Televiziya daşqın bölgələrində ərzaq, su, yorğan və çadırlara ehtiyac olduğunu bildirir.

Paylaş:

Share

Son Əlavələr

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər

“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq”-Pənah Hüseyn son 26 ilin sirlərini açır

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini…

17 Avqust 2019 4:15 axşam

“Sirr qutusu” tapıldı: Onu Rotşildlər qaçırıblarmış!-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 avqust 2019-cu il   Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində…

17 Avqust 2019 2:42 səhər
Xural.COM