İranda etirazlar davam edir

İranın Karac şəhərində etiraz aksiyası.2018. 2 Avqust.

Iranda sosial tələblərlə başlanan etiraz aksiyaları 5-ci gün-avqustun 4-də də davam edib.

Bu barədə AzadlıqRadiosu Reuters və digər mənbələrə istinadla məlumat verir.

Sosial şəbəkələrdə yerləşdirilən videolarda paytaxt Tehran, Karac, Şiraz, Məşəd, İsfahan və Qum şəhərlərində mitinqlər keçirildiyi görünür.

Aksiyaçılar ölkədə infilyasiyanın yüksəlməsi,milli valyuta realın məzənnədən sürətlə düşməsi və ümumilikdə ölkədə iqtisadi vəziyyətin pisləşməsinə etiraz edirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump, bu ilin mayında ölkəsinin İranla nüvə sazişindən çıxdığını və Tehrana qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

ABŞ bu sanksiyaları iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də bərpa etmək fikrindədir.

Bu sanksiyalar İranla qiymətli metallar,qızıl və xalı ticarəti,habelə metal, kömür və sənaye təhcizat proqramları sahəsinə də şamil ediləcək.

“Fars xəbərlər” agentliyinin məlumatına görə, avqustun 4-ü axşam saatlarında Karac şəhərində keçirilən aksiya zamanı 1 nəfər öldürülüb.

Məlumata görə ona, ətrafdan ötən avtomobildən atəş açıblar.

Agentlik həmçinin Karacda 20-ə yaxın etirazçının saxlandığını xəbər verir.

ABŞ Dövlət Departamentinin avqustun 3-də özünün “Tvitter” hesabında bəyan edib ki, “Hərcənd öz ölkəsinin gələcək yolunu müəyyən etmək sonda iran xalqının özündən aslıdır. Amma ABŞ, iran xalqının çoxdandır ki, məhəl qoyulmayan səsini dəstəkləyir”, deyə məlumatda bildirilir.

Bundan əvvəl yayılan videoda, paytaxt Tehranda onlarla aksiyaçının İranın alidi dini lideri Ayatolla Ali Khameneinin ünvanına “ölüm” şüarları səsləndiridiyi görünürdü.

Qeyd edək ki, 1915-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında əldə olunan nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırdı və əvəzində ona qarşı sanksiyalar qaldırıldı.

Amma qalan 5 ölkə, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya bu sazişə sadiq qalacaqlarını vəd ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button