İranda İmam Hüseyn (ə) barədə çəkilən “Qiyamət günü” filminin təqdimatı olub

Ali səviyyəli çəkiliş və səs effektləri, eləcə də dinamikası ilə fərqlənən filmdə İranın məşhur aktyorları rol alıblar

İran kinematoqraflarının həzrət İmam Hüseyn (ə) və onun Kərbalada baş verən qiyamı barədə çəkdiyi 8 seriyadan ibarət   “Qiyamət günü” bədii filminin təqdimat mərasimi keçirilib.

İnteraz-ın Fars agentliyinə istinadla verdiyi xəbərə görə, təqdimat mərasimində  filmin rejissoru kino-rejissor Əhməd Rza Dərviş  də daxil olmaqla bu ölkənin tanınmış kinomotoqrafları və rəsmi şəxsləri iştirak ediblər.

Qeyd edək ki, ali səviyyəli çəkiliş və səs effektləri, eləcə də dinamikası ilə fərqlənən filmdə İranın məşhur aktyorları rol alıblar. Səsləndirilmə Almaniya kinostudiyasında həyata keçirilib.

Filmin təqdimatı ilə yanaşı , burada imamların yaxud övliyaların simasının ekranlaşdırılmasına etiraz əlaməti olaraq bəzi yerlərdə aksiyalar da keçirilib.

Bu filmin Azərbaycan dilinə tərcümə edilməsinə də artıq start verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button