İranda kürd üsyanı: Fövqəladə vəziyyət elan olundu – VİDEO

iranİranda bir oteldə təcavüzə uğradığı üçün intihar edən gənc qadının intiharından sonra keçirilən etiraz aksiyaları qarşıdurmaya çevrilib. 

 Avropa.info xəbər verir ki, İranda kürdlərin yaşadığı şəhər Mahabadda bir otelin 4-cü mərtəbəsindən özünü ataraq intihar edən 25 yaşlı Fərinaz Xosravaninin ölümündən sonra etiraz aksiyaları keçirilib. 
Dəclə Xəbər Agentliyinin (DİHA) xəbərinə görə İranın Mahabad şəhərində kürd əsilli qızın kəşfiyyatçıların təcavüzünə məruz qalaraq intihar etməsindən sonra kütləvi etiraz aksiyaları başlayıb.
Aksiyalar zamanı yüzlərlə adam gınc qızın intihar etdiyi Tara otelini atəşə verib. İranda kürdlərin sıx yaşadığı Mahabadda 25 yaşlı gənc qızın çalışdığı oteldə İran kəşfiyyatçılarının təcavüz cəhdlərinə qarşı pəncərədən özünü atdığı bildirilir.
May ayının 4-də baş vermiş hadisə səbəbilə aksiya iştirakçıları cinayətkarların məhkəmə qarşısına çıxarılmasını tələb edir.
Əldə olunan məlumata görə, keçirilən etiraz aksiyaları şəhərin dörd tərəfinə yayılıb. Şəhər təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Hadisələrlə bağlı Mahabadda fövqəladə vəziyyət elan olunub.
Hadisələr zamanı ölən və yaralananlar haqda hələ ki, dəqiq məlumat verilmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button