İranda prezident seçkilərinin ikinci turu keçirilir

Yayımlandı: 5 İyul 2024 11:53

Tənqidçilər gözlənilən aşağı seçici fəallığını artan müxalif fikri əks etdirdiyini düşünür

İranda prezident seçkilərinin ikinci turu keçirilir. İlk turun qalibləri ultra-mühafizəkar Səid Cəlili və islahatçı deputat, etnik olaraq azərbaycanlı olan Məsud Pezeşkiandır.

Tənqidçilərin fikrincə, aşağı seçici fəallığı İranda müxalif fikrin artdığının göstəricisidir.
İlk turda ümumi seçicilərin 40 faizinin iştirak etdiyi açıqlanıb. Bu, İran seçkilərində rekord aşağı göstərici kimi dəyərləndirilir.

Ali dini lider Əli Xamenei də bu barədə danışarkən bildirib ki, seçici fəallığı gözlənilən kimi olmayıb. O, dinə sığınaraq insanları seçkidə fəal olmağa səsləyib:

“İslamı və islam respublikasını, inkişafı sevənlər seçkidə iştirak etməli, bizə bunu göstərməlidirlər”, deyib.

Rejimin sərt tənqidçiləri isə əksinə, seçiciləri seçki prosesini baykota çağırıb. Lakin bunun nə dərəcədə effektiv olacağı seçki sonunda bilinəcək.

Namizədlərdən Pezeşkian seçkinin ilk turunda səslərin 42.5, Cəlili isə 38.6 faizini yığıb.
Digər namizədlər birlikdə 14 faiz civarında səs toplayıb.

İranın son Prezidenti, ultramühafizəkar İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Beləliklə, İran erkən prezident seçkilərinə gedib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button