İranda seçkilərin II tura qaldığı bildirilir

Yayımlandı: 29 İyun 2024 16:40

II turda Pezeşkiyanla Cəlili yarışacaq

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci turun təyin edildiyi bildirilir.

İkinci turda Məsud Pezeşkiyan və Səid Cəlili iştirak edəcək.

Ümumilikdə 24,535,185 bülleten hesablanıb.

Məsud Pezeşkiyan 10,415,991 səslə liderlik edir.

İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir.

Namizədlərdən heç biri səs çoxluğu əldə edə bilmədiyinə görə iyulun 5-i cümə günü ölkə üzrə II tur seçki keçiriləcək.

İranın əvvəlki Prezidenti İbrahim Rəisi 2024-cü il mayın 19-da helikopter qəzasında həlak olub.

Bu hadisədən sonra prezident seçkiləri önə çəkilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button