İranda tibb tələbələri arasında intiharlar niyə artır

İranda rəsmi IRNA agentliyinin yaydığı müsahibə tibb tələbələri arasında intiharların artdığını üzə çıxarıb. Bu isə İranda tibb cameəsində güclənən böhrana işıq salır.

İran Psixiatriya Assosiasiyasının başçısı Vahid Şariat fevralın 18-də yayılmış müsahibədə deyir ki, İran Tibb Şurası son bir ildə tibb tələbələri arasında 16 ölüm halını qeydə alıb. Ancaq o, sözügedən rəqəmin daha yüksək olduğunu güman edir. Belə ki, Səhiyyə Nazirliyi daha dəqiq və hərtərəfli statistikanı açıqlamır.

“Nazirlikdə daha dəqiq, lap dəqiq statistika var, onu konfidensial sayaraq açıqlamırlar”, – o vurğulayıb.

“Nə zaman problem varsa, onlar nəsə etməzdən öncə statistikanı konfidensial edirlər, yaxud onu dərhal təkzib edirlər”, – o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunun fars xidməti bildirir ki, tibb tələbələri arasında intihar hallarının artması İrandan tibb işçilərinin kütləvi axını ilə üst-üstə düşür.

Son illər minlərlə iranlı tibb mütəxəssisi ölkədəki dərinləşən iqtisadi böhran, çətin iş şərtləri, sosial və siyasi azadlıqların olmaması səbəbindən İranı tərk edib.

İran mediası 2020-ci ildən bəri 16 minədək həkimin islam respublikasını tərk etdiyini yazır. Bu axın ictimai səhiyyə sektorunda mümkün böhranla bağlı xəbərdarlıqlara səbəb olub.

Səhiyyə işçiləri arasında böyük itkiyə səbəb olmuş koronavirus pandemiyasından sonra axın sürətlənib. İran pandemiyanın dünyada ən çox zərbə vurduğu ölkələr sırasındadır, azı 146 min ölüm qeydə alınıb.

İran Tibb Şurası ölkədə həkimlərin axınını “ciddi böhran” adlandırıb, bunun İranda gələcək tibb peşəkarlarının rifahının qorunmasından ötrü təcili və səmərəli tədbirlərin vacibliyini üzə çıxardığını vurğulayıb.

Tədqiqata görə, orta hesabla 14 min şəxs arasında hər il 13 intihar baş verir. Üstəlik, tədqiqat həkimlər arasında intihar nisbətlərində gender bərabərsizliyini ortaya qoyur. Kişilər 40, qadınlar arasında isə intiharın 130 faiz artığı bildirilir.

Tibb Sistemi Təşkilatı tibb tələbələri üçün stress faktorları kimi iş təzyiqi, gəlir səviyyəsini göstərir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button