İranın Azərbaycandakı səfirliyinin əməkdaşı M.Əli Bulahi dünyasını dəyişib

0q651ax35C6p29.07.2013
İranın Azərbaycandakı səfirliyində ölüm hadisəsi baş verib.

Hadisə bu gün səfirliyin Səbail rayonunda yerləşən binasında qeydə alınıb. Səfirliyin əməkdaşı, 40 yaşlı Məhəmmədzadeh Əli Bulahi qəflətən dünyasını dəyişib.

Hadisə yerinə təcilli tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi M.Əli Bulahi dünyasını dəyişib. Hadisə ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

 APA-nın əldə etdiyi məlumata görə, M. Əli Bulahi İranın Azərbaycandakı səfirliyində idarə işçisi olub. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün səbəbləri məlum olacaq.

 Mərhumun meyitinin sabah İrana göndərilməsi planlaşdırılır. 

 Faktla bağlı araşdırma aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button