İranın Rusiyaya ballistik raketlər verdiyi bildirilir
Yayımlandı: 7 Sentyabr 2024 19:54
“Bloomberg”: “ABŞ və NATO rəsmiləri İrana xəbərdarlıq ediblər”
İranın Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyü bildirilir.
Bu barədə “The Wall Street Journal”ı mənbələrinə istinadən məlumat yayıblar.
Britaniyanın “The Times” qəzetinin yazdığına görə, Rusiya İrandan 200-dən çox ballistik raket alıb.
Nəşrin istinad etdiyi Ukrayna kəşfiyyatının məlumatlarına görə, bunlar “FƏTH-300” raketləridir, uçuş məsafəsi 110 kilometrə çatır.
Məlumata görə, Ukrayna hərbi mənbəsi bildirib ki, Rusiya gəmisi raketləri sentyabrın 4-də Xəzər dənizindəki limana çatdırıb.
“Wall Street Journal”ın yazdığına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Sean Savett deyib ki, İran ballistik raketlərinin Rusiyaya verilməsi Ukraynaya qarşı təcavüzkar müharibənin daha da kəskinləşməsinə səbəb olacaq.
İran Rusiyanı ballistik raketlə təmin etmədiyini deyir.
Rusiyanın Vaşinqtondakı səfirliyi mətbuatda yayılan xəbərləri şərh etməyib.
Bundan əvvəl İran Rusiyaya “Fateh-110” ailəsindən 300-700 kilometr məsafədəki hədəfləri vura bilən qısa mənzilli raketlər ötürdüyü bildirilirdi.
İran və Rusiya, həmçinin Ukraynaya hücum üçün müntəzəm olaraq istifadə edilən “Shahed” hücum pilotsuz təyyarələrinin istehsalında əməkdaşlıq edirlər.
“Bloomberg” sentyabrın 2-də yazıb ki, ABŞ və NATO ölkələri İrana Rusiyanı raketlərlə təchiz edəcəyi təqdirdə üzləşə biləcəyi nəticələr barədə xəbərdarlıq ediblər.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi “Reuters” agentliyinə deyib ki, İranın Rusiyaya bu tip raketlər verməsi Ukraynaya qarşı təcavüzün eskalasiyası kimi qiymətləndiriləcək, ABŞ və onun NATO və G7 qrupundakı partnyorları Tehrana“ sərt və çevik” reaksiya verəcəklər.
“Bloomberg” ehtimal edir ki, burada söhbət “Iranair” aviasiya şirkətinə qarşı sanksiyaların gücləndirilməsindən gedə bilər.