İranın Türkiyədəki səfiri istefa verdi
İranın Türkiyədəki səfiri Məhəmməd Taherian Fard istefa verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səfirin istefasına səbəb kimi İranda yeni qüvvəyə minən təqaüdçülərin dövlət qulluğunda çalışmasını qadağan edən qanun göstərilib.
Qeyd edək ki, qanun çərçivəsində dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa vermişdi.