İraq parlamenti ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verdi

İraqın Baş naziri Adil Abdulmehdi iranlı general Qasım Süleymaninin öldürüldüyü gün Bağdada gəlməsinin səbəbini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, İran parlamentində generalın öldürülməsi və ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı müzakirələrdə çıxış edən Baş nazir hadisə günü Süleymani ilə görüşünün planlandığını deyib: “Bağdadda öldürüldüyü gün Süleymani ilə görüşümüz vardı. Bu, əvvəlcədən planlanmışdı. O, Səudiyyə Ərəbistanından İrana göndərilməsinə vasitəçi olduğumuz bir mesajın cavabını gətirirdi…”

Baş nazir hazırda yaranmış gərginlikdən çıxmağın ən yaxşı yolunun xarici ölkə hərbçilərinin İraq torpaqlarını dərhal tərk etmələri olduğunu bəyan edib: “ABŞ və NATO əsgərlərinin İraq torpaqlarındakı varlığına son verilməlidir. Bu, onları gələcək hücumlardan qorumaq üçün də vacibdir. Yoxsa, onların özlərini qorumaları çətin olacaq”.

Qeyd edək ki, parlamentdə aparılan müzakirələrdən sonra İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması və onların, xüsusi ilə ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verib.

Deputatlar yekdilliklə bu qərara səs veriblər.

Yeri gəlmişkən, İraq XİN bu gün Q.Süleymaninin öldürülməsi ilə bağlı bu gün ABŞ-ın İraqdakı səfirliyinə rəsmi nota da verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button