Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

İraq parlamenti ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verdi

İraqın Baş naziri Adil Abdulmehdi iranlı general Qasım Süleymaninin öldürüldüyü gün Bağdada gəlməsinin səbəbini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadla bildirir ki, İran parlamentində generalın öldürülməsi və ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı müzakirələrdə çıxış edən Baş nazir hadisə günü Süleymani ilə görüşünün planlandığını deyib: “Bağdadda öldürüldüyü gün Süleymani ilə görüşümüz vardı. Bu, əvvəlcədən planlanmışdı. O, Səudiyyə Ərəbistanından İrana göndərilməsinə vasitəçi olduğumuz bir mesajın cavabını gətirirdi…”

Baş nazir hazırda yaranmış gərginlikdən çıxmağın ən yaxşı yolunun xarici ölkə hərbçilərinin İraq torpaqlarını dərhal tərk etmələri olduğunu bəyan edib: “ABŞ və NATO əsgərlərinin İraq torpaqlarındakı varlığına son verilməlidir. Bu, onları gələcək hücumlardan qorumaq üçün də vacibdir. Yoxsa, onların özlərini qorumaları çətin olacaq”.

Qeyd edək ki, parlamentdə aparılan müzakirələrdən sonra İraq parlamenti ölkə ərazisində xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılması və onların, xüsusi ilə ABŞ hərbçilərinin ölkədən çıxarılmasına qərar verib.

Deputatlar yekdilliklə bu qərara səs veriblər.

Yeri gəlmişkən, İraq XİN bu gün Q.Süleymaninin öldürülməsi ilə bağlı bu gün ABŞ-ın İraqdakı səfirliyinə rəsmi nota da verib.

Paylaş:

This post was last modified on 5 Yanvar 2020 8:45 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla respublika ərazisində…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Xırdalanda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi…

8 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Virtualaz.org xəbər verir…

8 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Əvəz Zeynallı ilə İstanbul söhbətləri-7”: “Livana yardım etməliyikmi?”-VİDEO

Xural TV-nin hazırda Türkiyədə olan rəhbəri Əvəz Zeynallı İstanbulun tarixi məkanlarından ölkə və dünya gündəmini dəyərləndirməkdə davam edir. Bu gün…

8 Avqust 2020
  • ARAŞDIRMA
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Beyrutdakı partlamadan sonra Türkiyə iki limanına diqqəti artırmalıdır-TƏHLİL

Levent Yılmaz “Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il   COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə…

8 Avqust 2020
Xural.COM