Rubrikalar: CƏMİYYƏT XuralTAC

İş adamı R.Əsədullayeva: “Kamran Əliyevin xahişi ilə onlara 26 mənzil verdik…” – Videoreportaj



Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində “Badü Kübə” MTK tərəfindən inşa olunan “13 M” saylı çoxmərtəbəli binanın tikintisi və sakinlərə paylanması ilə bağlı bu gün də payçılar arasında qalmaqallar yaşanmaqdadır. 2010-ciu ilin aprel ayından MTK-ya yeni təyin olunan sədr Ədalət Qənbərov ondan əvvəl sakinlərə qanunla satılan mənzilləri “saxta sənədlər” iddiası ilə əllərindən alır və onları yenidən, heç bir kassa-mədaxil sənədləri olmadan satır.

2005-ci ildə “Badü Kübə”MTK ilə “A.R.&Ko” MMC arasında bağlanan podrad müqaviləsinə əsasən, həmin binadan 8 min m2 sahəyə sahib olmalı olan“A.R.&Ko” MMC -nin bütün hüquqları ötən müddət ərzində pozulub. “A.R.&Ko” MMC -nin direktoru Rəhilə Əsədullayeva keçən illər ərzində məhz bu işə görə həyat yoldaşının qanunsuz həbsindən, sonradan bəraət almasından, yeni sədr Ədalət Qənbərovu bu binadakı mənzillərdən hüquq-mühafizə orqanlarının səlahiyyətli və vəzifəli şəxslərinə hədiyyə etməklə məsələnin qanuni yolla həll olunmasına əngəl törətməkdə ittiham edir.

Xatırladaq ki, bundan bir müddət əvvəl də mətbuatda “Badü Kübə” MTK-nın yeni rəhbəri Ədalət Qənbərovun qanunsuz, cinayət xarakterli hərəkətlərilə bağlı binadan qanuni yolla mənzil almış sakinlərin şikayətləri dərc olunub. Sakinlərin sözlərinə görə, 2006-2009-cu illər ərzində MTK tərəfindən inşa edilən binadan nağd ödəmə yolu ilə mənzillər alıblar. Mənzillərin dəyəri tam ödənildikdən sonra MTK-nın o vaxtkı sədri Telman Səfərovun imzası ilə müqavilə və maliyyə arayışları alıblar.
Ödənilən vəsait hesabına binanın 13 mərtəbəsi tam olaraq tikilib. Lakin 2010-cu ilin aprelindən MTK-nın yeni sədri payçıları binaya buraxmır və buna səbəb kimi sənədlərin saxta olduğunu göstərir. Sonralar MTK-nın yeni sədri Ədalət Qənbərov və təsisçilər arasında münaqişə yaranır.

Nəticədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onlara qarşı cinayət işi başlanır. Cinayət işinin istintaqı 18 ay davam edib. 119 nəfər payçıdan cəmi 12 nəfər mənzillə təmin olunur. Bununla da, istintaq işini bitmiş sayır. Cinayət işinə xitam verərək işi arxivə göndərir. Lakin payçıların birgə səyi və Baş Prokurorluğun göstərişi ilə cinayət işi arxivdən qaldırılaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.

Rəhilə Əsədullayevanın sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildikdən sonra işi qanuni yollarla həll etmək əvəzinə yenidən qanunsuz yollara əl atılır.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Elxan Əbdülrəhimovun rəhbərlik etdiyi istintaq qrupu cinayət işini 4 yanvar 2012-ci ildən 13 fevral 2013-cü ilə kimi araşdırır. Nəticədə 2012- ci ilin fevral ayının 20-də Zaur Cabbarov və Nəsib Əliyev CM-nin 178.3.2 və 308.2 maddələri ilə təqsirli bilinərək barələrində həbs-qətimkan tətbiq edilir.

Məlum olur ki, heç də Ədalət Qənbərovun iddia etdiyi kimi payçıların sənədləri saxta deyil, bütün 119 payçı zərər çəkmiş kimi tanınıb, onların sənədləri ekspertizadan keçirilib imza və möhürlər saxta deyil. N.Əliyev həbsdə olanda heç bir hüquqi sənəd olmadan Ədalət Qənbərov  payçıların mənzillərini Nəsib Əliyevin borcu əvəzinə M.Manafova 19 mənzil, 4 qaraj, Firudin Əliyevə 17 mənzil, 3 qaraj, Eldar Hidayətzadəyə 9 mənzil, Zamin Sultanova 800 kvm qeyri-yaşayış sahəsi, Elçin Hidayətzadəyə 5 mənzil, Ceyhun Nağıyevə 6 mənzil, ümumilikdə 56 mənzil, 7 qaraj və 800 kvm qeyri-yaşayış sahəsi sataraq külli miqdarda gəlir əldə edib. Öz növbəsində həmin adamlar mənzilləri ayrı-ayrı adamlara satıblar. Bütün bu alqı-satqı əməliyyatını Ədalət Qənbərov edib. Nəticədə payçıların mənzilləri 3-cü dəfə satılıb. Bu haqda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat verilir.

Maraqlıdır ki, iş KQMİ –də olarkən Ədalət Qənbərovun 486 min manat məbləğində gəlir vergisi dövlət tərəfindən silinir, istintaq qrupunun rəisi E.Əbdulrəhimov bunun izahatını belə verir:

“… Bunu ona görə etdik ki, Ə.Qənbərov binanı tikdirib payçıları evlə təmin etməyə söz verib”. Halbuki, Ə.Qənbərov bu günə kimi də həmin sakinləri mənzillə təmin etməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə sakinlərə verilən mənzillər “Badü-Kübə” MTK-nın keçmiş rəhbəri Asif Əsədullazadəyə borc qarşılığında qaytarılmalı olduğu halda bu günə qədər məhkəmənin hökmü icra olunmayıb.

R.Əsədullayeva 2018-ci ildə hansısa yollarla məhkəməyə yol tapıb, işi öz xeyirlərinə həll edən qarşı tərəfin maraqları qorunur. Məhkəmə dərhal icraata keçir, lakin 2013-cü və 2017-ci illərdə  çıxan məhkəmə hökmlərinin icraatı bu günə qədər də həyata keçirilməyib.

R.Əsədullayeva onu da deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev ondan şəxsən həmin binadan 26 mənzilin onlara verilməsini xahiş edib və R.Əsədullayeva da bu xahişi artıqlaması ilə yerinə yetirib.

Qeyd edək ki, inşası hələ 2005-ci ildə “Badu-kübə” MTK tərəfindən başlamış çoxmərtəbəli bina 2009-cu ildə sakinlərin ixtiyarına verilməli idi. İlk illər iş sürətlə getsə də, 2007-ci ildə həmin MTK –ya Ədalət Qənbərov adlı şəxs sədr seçildikdən sonra binanın tikintisi iflic vəziyyətinə düşüb. Belə ki, Ədalət Qənbərov binanın tikintisini davam etdirmək əvəzinə özünün tikəcəyi 1 və 2-ci blokların olmayan mənzillərini və ondan əvvəl 3 və 4-cü blokların tikilmiş 13 mərtəbəsindəki mənzilləri təkrarən satmağa başlayır. Mənzilləri dəfələrlə satılmış, aldadılmış vətəndaşların çoxsaylı şikayıtləri əsasında Baş prokurorluq yanında KQMİ işə qarışdıqdan sonra Ədalət Qəmbərov 19 mərtəbəli binanın 15 mərtəbəsinin tikintisini başa vurur. R.Əsədullayeva deyir ki, Ə.Qənbərov eyni zamanda özünün və qızının adına binanın altında yerləşən obyektlə bağlı çıxarış “düzəltdirir”…

Apardığımız araşdırmalardan sonra məlum oldu ki, Ə.Qənbərov haqda elə həmin KQMİ-də neçə illərdən bəri AR CM 178.3.2 və digər maddələri ilə cinayət işi və vergidən bir milyon manata yaxın yayınması ittihamı ilə Suraxanı rayon məhkəməsində istintaq üzrə iş davam etdirilir. Buna baxmayaraq o bu gündə özünün və qızının adına rəsmiləşdirdiyi və həmin çoxmərtəbəli binaya bitişik yerdə ticarət mərkəzinin tikintisini aparır.

Dəfələrlə haqsızlıqla üzləşən Rəhilə Əsədullayeva son ümid yeri olaraq prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya müraciət edir və məmur özbaşınalığına son qoyulması üçün səlahiyyətlərindən istifadə etmələrini xahiş edir.

Redaksiyadan: Məqalədə adı çəkilən məsul şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

This post was last modified on 6 May 2019 2:53 axşam

Share

Son Əlavələr

  • KÖŞƏ YAZARLARI
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Azərbaycan Turandır”-Yasəmən Qaraqoyunlu yazır

Mənim haqqımda Avropadan tutmuş Rusiyaya qədər yayılmış azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında çox ciddi əks təbliğatın getdiyindən…

19 Avqust 2019 12:32 axşam
  • GÜNDƏM
  • XuralTAC

Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar – VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir şok məlumat yayılıb. Musavat.com Editor.az saytına istinadən xəbər verir ki, tanınmış iqtisadçı-ekspert…

19 Avqust 2019 3:23 səhər
  • ARAŞDIRMA
  • XuralTAC

Ərdoğan Vaşinqtonu necə tovladı?-TƏHLİL

Stiven A. Kuk Foreign Policy (ABŞ), 16.08.2019   2019-cu il avqustun başlanğıcında bütün Vaşinqton yüksək “döyüş hazırlığı” durumuna düşmüşdü: ekspertlər, siyasətçilər…

18 Avqust 2019 3:21 səhər
  • MARAQLI
  • XuralTAC

Qəza enişi etmiş A321 təyyarəsinin iki pilotuna Rusiya Qəhrəmanı adı verilib

Prezident Vladimir Putin A321 təyyarəsini Moskva ətrafında qarğıdalı tarlasına endirmiş “Ural Hava Yolları”nın pilotlarını Rusiya Qəhrəmanı adına layiq görüb. AZƏRTAC…

18 Avqust 2019 3:15 səhər
  • SİYASƏT
  • XuralTAC

Vilayət Eyvazovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət…

18 Avqust 2019 3:11 səhər
  • DÜNYA
  • MƏTBUAT
  • XuralTAC

Jurnalist Ağ Evi akkreditasiyasının ləğvinə görə məhkəməyə verdi

CNN telekanalının siyasi analitiki Brayan Karem Ağ Evi məhkəməyə verəcəyini bildirib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu…

18 Avqust 2019 3:02 səhər
Xural.COM