İş adamının çöküşünün həzin hekayəsi-VİDEO

“Haqqı Tapdalananlar”da iş adamı Namiq Abbasəliyevdir…

Namiq Abbasəliyev orta səviyyədə iş adamıdır. Çörəyini ticarətdən çıxarıb. Əvvəllər Avropa ölkələrindən avtomobil gətirib və onun ticarəti ilə məşğul olub. Gömrükdə baş verənlər onu təngə gətirib. Dəfələrlə artıq rüşvət tələbi onu bezdirib və Namiq Abbasəliyev ticarətinin profilini dəyişib. Bu dəfə Rusiyanın Kazan şəhərinə marşrut açıb və bir müddət də bu qaydada işləyib. Təxminən 6 aydan sonra bu işi də Bakı Beynəlxalq Avtovağzalında oturan “avtobus monopolistləri” dayandırmağa çalışırlar və bir müddətdən sonra ona nail olurlar.

Əli hər yerdən üzülən iş adamı bütün dövlət səlahiyyətlilərinə müraciət edir. Rusiya prezidenti Vladimir Putinə də müraciət edir. Putindən başqa ona cavab verən olmur. İş adamı dəfələrlə ölkədən getmək, vətəndaşlıqdan çıxmaq haqqında düşünür və müraciət edir, amma özü də iki od arasında qalır. 82 yaşlı Anası var, onu hara qoyub getsin?!

Beləcə, yeni açdığımız “Haqqı Tapdalananlar…” rubrikasının ilk qonağı iş adamı Namiq Abbasəliyevdir. Onunla həm də yaranan bahaçılıqdan, atılmalı olan addımlardan danışırıq. Xalqın arasındakı adamın görüşləridir həm də bu sözlər…

namiq-2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button