İsa Qəmbər Eldar Həsənovun həbsinə belə reaksiya verdi: “Biz prosesi diqqətlə müşahidə edirik”

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər keçmiş Baş prokuror, səfir Eldar Həsənovun həbs olunmasına qısa münasibət bildirib.

Strateq.az-ın məlumatına görə, o, “AzPolitika.info”-ya açıqlamasında deyib ki, hakimiyyət E.Həsənovun həbsini korrupsiya əməlləri ilə bağlayır: “Amma hakimiyyətdə korrupsiyaya bulaşmamış kimsə olmadığı üçün bu həbsin əsas səbəbi hakimiyyətdaxili yenilənmə xəttinə daha əlverişli şərait yaratmaq istəyi ola bilər. Biz MSDM olaraq prosesi diqqətlə müşahidə edirik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button