Rubrikalar: GÜNDƏM XuralTAC

İsa Qəmbərdən qurultayöncəsi sensasion açıqlama: “Arif bəyə səs verin!”

İsa Qəmbər bugünkü statusunda şok açıqlama verib. O, Müsavatın qurultayı öncəsi Arif Hacılını dəstəklədiyini bildirərək, skandal yazı yazıb. Xural.com İsa Qəmbərin statusunu olduğu kimi dərc edir:

“Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!

2014-cü ilin sentyabrında- Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mən öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.
Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim.
İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.
İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.
İndi isə – 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.
Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm.
Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır.
Bu mövqeyimin səbəbləri çoxdur.

1. Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli-azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

2. Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyalarln tuğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbr və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi etmişdir.

3. Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-də mən başqanlıqdan çəkilib adaylar üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa aday olduğu halda bütün adaylara bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdlr.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.
Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir.
Soruşa bilərsiniz ki, o zaman nədən mən bu gün bu sətirləri yazaraq mövqeyimi bəyan edirəm?
Cavabım çox sadə olacaq.
Mənim seçimim Arif Hacılının
gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır.
Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var.
Arif bəy zamanında demişdi ki, Müsavat başqanı vəzifəsi ölkəmizdə prezident vəzifəsindən sonra 2-ci ən önəmli missiyadır.
Mən isə deyirəm ki, Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır.
Və bunu bilən təkcə mən deyiləm, bir çox başqaları da bunu bilir. Məhz buna görə də hakimiyyətdən də, müxalifətdən də, digər iddialı şəxslərdən də bir çoxları, xalqımızın düşmənlərinin isə tam əksəriyyəti Arif bəyi və Müsavat Partiyasını hədəf alır.
Bunları hər kəsin bilməsini istədim.

Arif bəyə səs verin!
Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!”

Paylaş:

This post was last modified on 10 Oktyabr 2019 5:38 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

28 saylı Sabunçu dairəsi üzrə daha bir şikayət təmin olunmadı-MSK-dan qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün (dünən - red.) keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

“Jalə Bayramova barəsində cinayət işinin başlanması barədə xəbərlər əsassızdır”-DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Jalə Bayramovanın barəsində cinayət işinin başlanması barədə yayılan məlumatıara aydınlıq gətirib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

MSK Əli Əliyevin şikayətini təmin etmədi

Bu gün (dünən - red.) Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən…

23 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

DTX 6 vəzifəli şəxsin həbs videosunu və adlarını yaydı-VİDEO, FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. Musavat.com-un xəbərinə görə, açıqlamada deyilir: "Azərbaycan Respublikasının…

22 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

YAP-ın deputatlığa namizədi həbs olundu

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Neftçalada xüsusi əməliyyat keçirib və başda icra başçısı olmaqla bir neçə vəzifəli şəxs həbs…

22 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ayaz Mütəllibov: “Mən İlham Əliyevlə fəxr edirəm”

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Space telekanalındakı "Sadə həqiqətlər" verilişinin qonağı olub. Virtualaz.org bildirir ki, veriliş zamanı keçmiş dövlət başçısı Azərbaycan Prezidenti…

22 Fevral 2020
Xural.COM