İsa Qəmbərin deputatlığa namizədliyi qeydə alınıb

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə “Basta”ya Müsavat Partiyası Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyev məlumat verib.

İndiyədək Müsavat Partiyasından Nüşabə Sadıxlı (33 saylı Xətai seçki dairəsi), Arzu Səmədbəyli (8 saylı Binəqədi seçki dairəsi), İkram İsrafil (43 saylı Sumqayıt seçki dairəsi), Vilayət Abuşov (Kürdəmir), Dünyaxanım Cahan (İsmayıllı), Saday Hacılı (Şirvan), Bakıxan Qəribli (Şəki) deputatlığa namizəd olaraq qeydə alınıblar.

Müsavatın seçki qərargahından “Basta”ya verilən məlumata görə, partiyadan 70-ə yaxın deputatlığa namizəd imza vərəqələrini və müvafiq səndələri DSK-ya təqdim edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button