İsa Qəmbər istefa versə, Müsavat ağ günə çıxar

Elbrus Ərud: “Vaqif Mustafayevin bütün filmlərinə və fəaliyyətinə nifrət edirəm”

 “AzərTAc”ın rəhbəri olub onun stilini dəyişə – onu “mışdır”, “muşdur”dan qurtara bilərəm…

 “Ünsiyyət” rubrikasının bu dəfəki qonağı Azərbaycanda qısa bir vaxt ərzində oxunaqlı və tələbat olan “Qafqazinfo.az” internet qəzetinin baş direktoru, jurnalist Elbrus Əruddur. Səhər məni yuxudan oyadan “varlı olacaqsan, səsini tanımadım”-dedim. “Onsuz da bu ölkədə heç kəs xoşbəxt olmaq haqqında düşünmür, hamı varlı olmaq arzusundadır”-cavabını verdi. Amma yuxudan oyadıb tələsdirsə də məni portalın ofisində gözlədən də Elbrus oldu. Bəhanəsi tutarlıydı – sayta yeni xəbərlər yerləşdirirdi deyə, səbrlə gözlədim. Onunla elə iş yerinin düz yanında, yeni açılışı olan kafedə oturduq. Bir vaxtlar narıncı rəngin dəbdə olmağını xatırlayıb, adama bir fincan çay sifariş verib başladıq. Onun belə cəsarətli jurnalist olmasına baxmayın, diktafon görəndə az da olsa özünü yığışdırıb, utancaq görkəm aldı. Xeyli söhbət etdik, nələrdən, kimlərdən danışmadıq ki… Elbrus güldü də, təəccübləndi də, hirsləndi də, kövrəldi də… Gündəlik informasiya yayan və müntəzəm köşə yazan birinin heç kimə danışmadığı söhbəti olarmı? Sən demə varmış…

Əvvəli ötən sayımızda

 – Mən də sizinlə razılaşmıram. Siz əgər Biologiya fakültəsinə daxil olsaydınız, onda Miçurin olacaqdınız?

– Yox. Baxın, mən ədəbiyyatçı oğluyam, yaradıcı adamam. Təbii ki, mən ixtisas seçimi etmişdim.

– Mən məsəlçün biologiya dedim. İxtiyari bir sənət də deyə bilərdim. Siz deməli, hansı ixtisası bitirsəydiniz, o sənəti də icra edəcəkdiniz?

– Mən hüquqşünas da ola bilərdim, tarixçi də. Məsələn, mən özümü müəllim hesablamışdım. Sözümün canı nədi, mən jurnalistikada oxuyanda anladım ki, mənim işim yazmaqdır və ayrı yolum yoxdur. Onu da deyim ki, mən yaza bildiyimi düşünürəm. Jurnalistikanın bir neçə forması var. Biri var təşkilatçısan, biri var informatorsan, biri var yaxşı redaktorsan, amma mən hər şeyi bir kənara qoyub yaza bildiyimə və jurnalist olduğuma görə çox xoşbəxtəm.

 – Neçə yaşa qədər jurnalist olmağı fikirləşirsiniz?

– Mən elə bu dünyada da, o dünyada da, hər yaşımda jurnalistəm.

– Ola bilər ki, sabah Prezident İlham Əliyev bir fərman verdi və Elbrus Ərudu hansısa bir ölkənin səfiri və ya hansısa bir məmur təyin etdi. O zaman necə olar?

– İnanmıram. Həm də mən jurnalistikaya tramplin kimi baxmıram. Bu mənim peşəmdir. Ola bilər ki, mən mətbuat sahəsində nəsə bir işlə dövlət səviyyəsində məşğul ola bilərəm. Maraq üçün deyək ki, mənim arzum “AzərTAc”ın rəhbəri olub onun stilini dəyişmək ola bilər. İnanın, “AzərTAc”ın rəhbəri olub, onun “SovKP” stilini dəyişə bilərəm. “AzərTAc”ı “mışdır-muşdur”dan qurtara bilərəm. “AzərTAc”dakı o köhnəliyi, o sovet stilini kökündən dəyişərəm. Onlar məlumatı hələ də kağızda oxuyub düzəldir, kağızda korrektə edirlər. Onlar hələ də qələmlə işləyirlər. “AzərTAc”ı müasir məlumatla ayaqlaşdıra bilərəm.

– Elbrus Ərud mənə neçə müstəqil qəzet adı çəkər? Ola bilər, cəsarəti çatıb adını çəkməsin…

–  Niyə cəsarəti çatmır, Məmməd Araz deyir ee, “cəsarət kişinin istedadıdır”. Müstəqil qəzetlər – “Yeni Müsavat”, “Azadlıq”, “Xural”, “Reytinq”, “Təzadlar”, sonra “Azadlıq Radiosu”, “Mediaforum”, “Qafqazinfo” portalı.

– O zaman siz belə düşünürsünüz ki, qalanları hakimiyyətin “kəbinli arvadı”dır?

– “Kəbinli arvad” kəliməsi bir az kobud çıxır. Hakimiyyətdən asılı olan qəzetlər desək, daha yaxşı olar. Onlar ixtiyarı özündə olmayan mətbuatdır. Amma burda bir məqam var ki, hər şeyi hökumətin üzərinə atmaq olmaz. Hökumət heç də onlardan tələb etmir ki, siz özünüzü bu günə qoyun. Azərbaycan hökuməti heç də tələb etmir ki, tutaq ki, “Səs” qəzeti, “Trend” agentliyi və ya digəri, sən özünü bu şəklə sal. Hökumət bu qəzetlərə gedib işləməsini və onun əleyhinə çıxmamasını deyir. Bunların şəhərdən reportaj verməyə, adi bir icra başçısından xəbər verməyə belə gücləri – cəsarətləri çatmır. Demək istəyirəm ki, bu qəzetlərdə çalışanların özlərinin səviyyəsi və savadı çatmır ki, hər şey haqda yazsınlar. Onların “duxu” (hünəri – E.X.) çatmadı ki, bir həftə bundan qabaq çürüyərək ölən əsgər haqda yazı yazsınlar. Onlar qorxur ki, birdən xəbəri mən verərəm və mənim pulum kəsilər. Azərbaycanda o qədər qəzetlər var, amma hanı, hardadılar? Nə qədər ictimaiyyətə təsir edə bilirlər. Bunu mən demirəm, Əli Həsənov deyir. Deyir ki, Azərbaycan mediası ictimai rəyə təsir edə bilmir.

Digər tərəfdən, mən “Azadlıq” qəzeti kimi siyasi hakimiyyət uğrunda mübarizə aparmıram. Hədəfim İlham Əliyev deyil. Mənim hədəfim birinci “xəbərçi” olmaqdır.

– Olarla olmazın həddini siz necə tapırsınız?

– Mənim üçün qırmızı işıq var. Amma bu işıq şəhərin içində deyil, “tras”dadır. Özü də bircə dənə ola bilər. Azərbaycan mediasının əksəriyyəti şəhərin içindəki tıxacdadır və yeriyə bilmir. Amma mən sürəti sevirəm.

– Əvvəllər avtobusların arxasında yazardılar ki, “yüz sürmə, yüz yaşa”.

– Deyirlər. Amma elə yaşam tərzi var ki, yüz ilə bərabərdir.

– İki il əvvəlki Elbrusla bugünkü Elbrus arasında nə kimi fərq var?

– Heç bir fərq yoxdur. Məni anam bir mövqedə doğub və mən ömrümün axırına kimi belə də gedəcəm.

– Bir neçə gün əvvəl bir qrup gənc bəyan etdi ki, biz Müsavat Partiyasına üzv olduq. Sizcə, onların Müsavata yazılmağı o partiyanı ağ günə çıxaracaq?

– Məncə o partiyaya kiminsə üzv olması yox, İsa Qəmbərin istefa verməyi Müsavatı ağ günə çıxara bilər. Bu dəqiqə yazıçı Anarla İsa Qəmbər bir-birilərinə çox oxşayır və ikisi də qurultayın vaxtını uzadır. Ona görə İlaham Əliyevi qınamayın ki, konstitusiyanın 101.5-ci maddəsinə dəyişiklik etdi. Bu sistemi Azərbaycanda ilk dəfə Mətbuat Şurasının əsasnaməsini dəyişməklə Əflatun Amaşov edib. Sonra isə bir çoxları onu izlədi. Onların siyasi partiyaya üzvlüklərini yüksək qiymətləndirirəm və təəssüf ki, mən siyasi partiyaya üzv ola bilmirəm. Çünki jurnalist partiya üzvü olmaz.

– Bəs müğənnilərin, aktyorların və s. kimi sənət adamlarının partiyalara üzv olmasına necə baxırsınız?

– Pis. Çox maraqlıdır ki, bu adamlar gedirlər Azərbaycanı “Eurovision” kimi yarışmada təmsil edirlər, qalib olurlar, amma bunları YAP-a dəvət edəndə etiraz edə bilmirlər. Məsələn, mənə elə gəlir ki, Aysel Teymurzadənin qazandığı uğur daha sağlam idi, nəinki Nigarla Eldarın uğuru. Bu mənə belə gəlir. Mən Ayseli “Eurovision”da daha haqlı gördüm. Aysel yarışmada 3-cü olub gəlir, amma onun hünəri çatmır ki, desin “mən YAP-a üzv olmaq istəmirəm”. Yaşar Nuri kimi böyük bir sənətkar 60 il yaşayır, amma gəlir YAP-a üzv olmaqla “Şöhrət” ordeni alır. Biz Yaşar Nurinin yaratdığı obrazları təəssüf ki, özündə tapa bilmədik. Əgər bu adamın siyasi partiyaya üzv olmağı rədd etməyə gücü yoxdursa, onda bu, nə xalq adamı olacaq? Mən axır vaxtlarda fikirləşirəm ki, niyə bu ölkədə insanların üz tuta biləcəyi bir adam yoxdur? Təəssüf ki, birmənalı şəkildə qəbul olunan adam yoxdur.

– Sənət adamlarına qarşı kəskin fikir nədən qaynaqlanır?

– Onların hərəkətlərinə görə. Onlar hər şeyi ekranda çıxıb bambılılıq eləmək səviyyəsinə çatdırdılar. Azərbaycan xalqı hər zaman ziyalıları ilə hərəkət eləyib. Məni ağrıdan odur ki, indiki müğənnilərin hamısı istedadlıdır. Amma onların heç birində şəxsiyyət yoxdur. Məsələn, təkcə Əhməd Kayaya görə mən kürdlərə həsəd aparıram. Niyə mənim də millətimin Əhməd Kaya kimi müğənnisi yoxdur? Əhməd Kayanı yaratdıqlarına görə, mən kürdlərə sitayiş edirəm. Ya da “Yol” filminə görə Yılmaz Güneyə… Bizim də bu boyda Vaqif Mustafayevimiz var ki, televiziya prezidentliyini öz sənətinə dəyişdi. Ya adam, sən nə istəyirsən?

– Vaqif Mustafayevin hansı filmi yadınızdadı?

– Heç bir filmi. Mən onun bütün filmlərinə və fəaliyyətinə nifrət edirəm. Əslində, bu gün onun rəhbərlik elədiyi televiziya biabırçı bir filmdir.

Həmişə sizə fikir verirəm. Görürəm ki, sizdə Şeyxə qarşı bir simpatiya var.

 – Bəli, var.

– Bu gün Azərbaycanda Nobel Mükafatına namizəd kimi adı çəkilən bir alimimiz var, professor Rafiq Əliyev. Ötən ilin dekabr ayında agentliklərdən biri xəbər yaymışdı. Guya, bu il Nobel Sülh Mükafatı Şeyxə veriləcəkdi (?!) Bax, siz gələcəkdə mükafatın kimə verilməsini istəyərdiniz? Allahşükür Paşazadəyə, yoxsa Rafiq Əliyevə?

 Sonu gələn sayımızda

 Söhbətləşdi:

Elxan Xanəlizadə

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

  1. “Yaşar Nurinin yaratdığı obrazları təəssüf ki, özündə tapa bilmədik”.
    Elbrus Erud, siz heç Yaşar Nurinin hansı obrazları yaratdığını bilirsiz? Elə dediniz ki, sanki Yaşar müellim qehreman, serkerde obrazları yaradıb. Bpyük əksəriyyəti komik olub onun rollarının. Onda o obrazları necə axtara bilərdiz onun özündə. danışanda bilin də nə danışırsız….

  2. ümumiyyetle pis deyil .Ancaq bir az var. Bizim milleti tanimaq üchün birinci növbede onun danishq ve hereket terzine baxmaq lazimdir. Tekebbür ,mendenden bashqasi yoxdur… Bu bizim hamimizin ümumi xesteliyimizdir. ermenilerde rezillik, zarimaq. Bizde ise bosh tekebbür. ya da anarchiliq -yaltaqliq. Xilas olmaq lazimdir!..

  3. (AMERİKA VƏ QƏRB ÖLKƏLƏRİNİN İSLAMÇILARI HAKİMİYYƏTLƏ DÜŞMƏN ETDİKDƏN SONRA ÖLKƏMİZDƏ XRİSTİYANLIĞI KÜTLƏVİ ŞƏKİLDƏ YAYMA PLANLARI.ISLAM PARTIYASINA NƏ OLDUDA QƏRBİN QUCAĞINA DÜŞDÜ VƏ QƏRBLƏ BİRGƏ HƏRƏKƏT EDİR.?SURİYA VƏ LİVİYA HADİSƏLƏRİ BİZLƏRƏ NƏYİ ÖYRƏTDİ.AZƏRBAYCANIN SİLAH İSTEHSALINI NƏ ÜÇÜN QƏRB HƏZM EDƏ BİLMİR VƏ SAİRƏ MƏSƏLƏLƏR BARƏDƏ)

    Həmişə qeyd etmişəm.Yenədə yorulmadan qeyd edəcəm və yazılarımı davam etdirəcəm.Bəzi Amerika və İranla əlaqəli olan ölkəmizdə iğtişaş və fitnə salmaq istəyən qrupların içərisində keçmişimizi və siyasi və dini durumu dəyərləndirə bilməyənlər mövcuddur.Onları ortaya ataraq ölkməmizdə sabitliyi pozmaq istəyirlər.Həmin qruplar yaranmamışdan əvvəl ölkəmizdə nə dini və dindarlar arasında problem var idi.Amerikada ölkəmizi sevməyən və ölkəmizin güclü olmaısnı həzm edə bilməyən ermənipəsət qüvvələr həmin dini qrupları qızışdırdı və onları dini qoruyan gəhramanlar kimi ictimaiyyətə təqdim etməyə nail oldular.Amerikanın hədəfi islamı qorumaq olsaydı islam ölkələrində müsəlmanların qanını tökməz və müsəlman balalarını öldürməzdi.Bir baxın Suriyaya.Amerika orda nə oyunlar oynayır. Radikal dini qüvvələri qızışdırıb ortaya atıb.Onların guya demokratiya tərəfdarları olduğunu dünyaya car çəkib.Əslində isə belə deyildir.Amerika hər ölkədə o ,ölkənin dini və siyasi durumuna görə oyun oynayır.Amerikanın Azərbyacanda hədəfi İranla əlaqəli olan şiyələri hakimiyyətlə düşmən etmək və dini sahəni Amerika ilə əlaqəli olan dini quruplara verməkdir.Ameirka və Qərb ölkələri hələ 1994 ci ildən Azərbaycan hakimiyyətindən tələb edirdilər ki,Azərbaycan dini kursunu Vatikanla əməkdaşlıq edərək xristiyanlıq üzrə yönləndirsin və Azərbaycna hakimiyyəti üçün heç bir problem olmayacaq.Amma Azərbaycan hakimiyyəti buna razılq vermədi.Amerika və Qərb ölkələrinin həfədi Qafqazda strateji önəm daşıyan Azərbaycanı xristiyanlaşdırsın.

    Bəzi Amerika və başqa qərb ölkələrinin oyununa gələn İslam Parityası,Cəfəri Heyəti,Hacı İlqar və sairə əsas məqsədi anlaya bilmədilər.Anlamadılar ki,hicab problemini məhz təhsilə maliyyə ayıran Beynəlxaq Valyuta Fondu yaradıb.Misir Mərdanov isə oyuna gəldi.Bu oyunu hakiiyyətlə əlbir olaraq pozmaq əvəzinə həmin qeyd etdiyim dini dairələr əksinə hakimiyyətə qarşı çıxmaq və hakimiyyət qarşı inqilab edərik hədələri ilə məsələni dahada qəlizləşdirdilər.Amerikanın əsas planı işə düşməyə başladı.Azərbaycan müsəlmanları ilə hakimiyyəti üz üzə qoymaq və bundan istifadə edərək Azərbyacanda başda Yahova Şahidləri olmaqla bərabər Babtist və başqa xiristiyan təriqətlərini yaymadıq.
    Əvvəllər Yahova Şahidləri Azərbaycana 50 kilo kitab gətirirdilərsə , hal hazırda bəzi şiyə qruplarının hakimiyyətə düşmən olmasından istifadə edərək 5000 tonluq kantenerlə xristiyanlığı təbliğ edən kitabları elə ümidlə gətirirlər ki,Azərbaycan hakimiyyəti həmin kitabları Azərbaycana buraxacaq.Amerika və Qərb ölkələri Azərbaycan hakimiyyətinə digtə etməyə çalışırlar ki,görürsən zamanında dedik ki,xristiyanlığın yayılmasının önünü aç.Açsaydın indi belə olmazdı.Azərbaycan xristiyanlığın mərkəzinə çevrilsəydi şiyələr belə problem aça bilməyəcəkdilər.Yoxsa özün bil şiyələri sənə qarşı qaldıracağıq.Bəzi şiyə qrupları Amerika və Qərb ölkələrinin əl altısına çevrilib ölkəmizdə iğtişaş yaratmaq istəsələrdə hakimiyyət yenədə həmin 5000 tonluq kanteniri ölkəyə buraxmır.Müsəlmanların hörmətini saxlayır.Amma hakimiyyətində səbrinin hüdudu var.
    Bax budur sizlər özlərini islamçı kimi göstərənlər.Əslində Amerika və Vatikanın planlaırnı həyata keçirmək üçün gecə və gündüz işləyirsiniz.Daha Hacı İlqarı demirəm.Siyonistlərin xidməti üçün Amerikada təsis edilmiş Karnegi Fondunu ölkəmizə soxdu və Karnegi Fondunun Azərbaycan klubunu yaratdı.
    Heç olmasa Allahdan utanın.Heç olmasa İmam Hüseynə hörmət edin.
    Məsələ nə hicab məsələsidir nədə din məsələsi.Məsələ Amerikanın maraqlaırnın ölkəmizdə təmindir.

    Azərbaycan silah istehsalına başlayan kimi,Azərbaycana təzyiq etməyə başladılar.Çünki Ordusu güclü olan ölkə heç zaman məğub olmayacaqdır.Liviyaya baxın.Qazzafi əvvəllər Rusların sözünü dinləyirdi və ölkədə güclü ordu yaratmaq istəyirdi.Qərbdə təhsil almış fərsiz oğulları buna ehtiyac yoxdur dedilər və qoca qurdu aldatdılar.Londonda təhsil alan oğlu Qərbin şirin dilinə inanmışdı.Amma bilmirdi ki,Liviya üçün nə planlar hazırlayırlar.Sonunda ordusu olmayan Liviyanı görün nə günə saldılar və bütün dünyaya demokratiya kimi təqdim etdilər.Amma hamı gördü ki, məsələ nə Liviyalıların demokratiya olması nədə Liviyalıların guya azad yaşamasıdır.Məsələ Neft məsələsidir.Fransa Liviyada satqınlarla anlaşıb ki,Qazzafini yıxmağa yardım edirəm amma Liviya neftinin 35 faizi Fransanındır.Bax budur Qərbin demokratiya oyunu.Amerika isə İraqda və Əfqanıstanda həbs etdiyi Liviyalı muzdluları Quantanamoda hazırlaşdırdı və Qəzzafiyə təzyiq etdi ki,bunlara toxunmalı deyilsən.Bunları azad edirik.Qəzzafidə qəbul etdi.Sonra aydın oldu ki,Amerikanın terrorçu adlandırdığı bu muzdlular Benqazi şəhərində insanları hakimiyyətə qarşı təşkilatlandırırlar.Bax budur anlaya bilmədiyiniz Amerikanın oyunu.Terrorçu adlandırdıqlarından da istifadə edir.Sizdə hər gün Amerikanı söyürsüzün.Bu Amerikanın vecinədə deyil.Yetər ki,Amerikanın Azərbaycan hakimiyyətinə qarşı apardığı oyunlara alət olasınız.Əgər siz Liviyada Qəzzafini qərbin əli devirən Quantanamoda həbsdə olanları alqışlayır və Suriya məsələsində isə başqa giymət verirsinizsə bağışlayın o zaman siz haq-ədalətdən heçnə anlamırsınız.

    Amma Suriyada bunu edə bilmirlər.Çünki Suriyanın güclü ordusu var və Hafiz Əsədin yetirməsi olan oğlu Bəşşar Əsəd vaxtında ordunu gücləndirdi.
    Bu barədə gələcəkdə daha ətraflı yazılar yazacam.
    Türkuiyənin Amerika ilə əlbir olub Suriyanı arxadan xəncərləməsinin şahidi oldunuz.Hansı ki,Bəşşar Əsəd son on ildə bütün Suriyanın bazarını Türkiyə üçün açdı və iqtisadiyyatında liberalizmə doğru addımlar atdı.Türkiyənin Adana,Hatay və 4-5 şəhəri Suriyada qurduqları ticarət hesabına inkişaf etməyə başladı.Türkiyə biznesmenləri Suriyada gigant şirkətlər qurdular.Çünki,Bəşşar Əsəd dostum dediyi Ərdoğana inanmışdı.Sonunda bilirsiniz nə oldu.Türkiyə biznesmenlər Türkiyənin tapşırığı ilə Suriyada muzdluları maliyyələşdirməyə başladı.İndi bildiniz nəyə görə Azərbaycan hakimiyyəti biznes sahəsini təmamilə əcnəbilərə vermir və nəzarətdə saxlayır.

    Azərbaycanda da məsələ eynidir.Qaz,neft və Azərbaycanın silah istehsal etməsini həzm etməyən Amerikanın Ermənipəsərt kangresmenləri ölkəmizi xarabalığa çevirməyin planlarını hazırlayır.Siz haq tərəfdarı olduğunuzu söylədiyiniz İslamçılar isə gğrün kimlərin maraqlarının təminatına çevrilirsiniz.Azərbaycna isə sonuna kimi davam edəcəkdr.Ancaq siz özlərinə islamçı deyib Ameirkanın oyunlarına alət olanlar isə bu dünyada bibaır axirətdə isə yerinizin hara olcağı bəllidir.
    Əfsuslar olsun ki,İslam Partiyası həldə bəzi ölkələrin kuklası olduğunu anlamır.Bir düşünmürlər ki,sizləri qızışdırıb ortaya salanalr və sonra Azərbaycan şiyələrini hakimiyyətlə düşmən edənlər məhz sizlərə demokratiya oyunbazları ilə təsir edən Amerika və Qərb ölkələridir.Sizin əlinizlə Azərbaycanın inkişafının qarşısını almaq istəyirlər.Gələcək nəsillər tərəfindən həmişə lənətlə anılmaq istəyirisnizsə ölkəmizdə xrsitiyançılığın yayılması planlarına dəsətk verin.Müxalifətin heçnə edə bilməyəcəyini görən Erməni və siyonist pərəst Amerika və Qərb ölkələri sizin əlinizlə ortalığı qarışdırmaq istəyir.Sizin 22 oktyabr mitinginiz üçün hazırlaşmağa belə başlayıblar.Bir bilsəydiniz Yahudilərin xidməti üçün qurulan SOROS fondunda nə hazırlıqlar gedir.Bir bilsəydiniz sizi öz aralarında nə adlandırırlar alt partalınızı başınıza keçirib ölkədən qaçardınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button