İsa Qəmbər və Əli Kərimli Fransa televiziyasında

 AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı Isa Qəmbər Fransanın dövlət televiziyası “Frans 2”nin Moskva bürosunun rəhbəri Alban Mikoziyə müsahibə veriblər.

Əlavə edək ki, fransalı jurnalistlərin ölkəmizə səfərində məqsəd Fransa prezidenti Nikola Sarkozinin oktyabrın 7-də Azərbaycana gözlənilən səfəri öncəsi ölkəmizlə bağlı geniş reportaj hazırlamaqdır. Həmin reportaj Sarkozinin səfərindən öncə yayımlanacaq. Materialda ölkəmizin ictimai-siyasi həyatında baş verənlər və s. hadisələr yer alacaq.

AXCP-dən aldığımız məlumata görə, partiya sədriylə görüşən kanal əməkdaşları onlara Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan haqları və demokratiyanın durumu, müxalifətin fəaliyyəti, siyasi məhbuslar, ölkəmizin iqtisadi durumu barədə suallar ünvanlayıblar.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button