İsa Sadıxovu Azərbaycanda niyə axtarırlar?

isa sad;xov20.06.2013

Ehtiyyatda olan polkovnik, ona qarşı açılan cinayət işini uydurma hesab edir

“Bu işi vaxtı ilə səxsən mən qaldırmışam. Qəti deyə bilərəm ki, hamısı boş və yalandır. Bunlar belə şeylərlə məni yolumdan çəkindirə bilməzlər. Əsəs məqsədləri baş verənlər barədə məni danışmaqdan, mübarizəmdən çəkindirmək, mübariz insanları azadlıq uğrunda tutduqları haqq yoldan çəkindirməkdir. Amma mən yazılarımı, fəaliyyətimi davam edəcəm və bunların törətdikləri bütün cinayətlərdən yazacam”.
Bunu eksklyuziv olaraq “bizimyol.info”ya müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri, ehtiyyatda olan polkovnik, hazırda Norveçdə siyasi mühacirətdə yaşayan İsa Sadıxov bildirdi. Qeyd edək ki, iyunun 7-də Azərbaycan müxalifətinin elan etdiyi Milli Şuraya üzv seçilən polkovnik İ.Sadıxov bir neçə gün bundan əvvəl Türkiyədə səfərdə olub və Azərbaycana dönəcəyi barədə də məlumat vermişdi.
İ.Sadıxov əməkdaşımızla söhbətində bildirib ki, onun Azərbaycana qayıdışı ilə bağlı planı gündəmdədir, o heç yerdə gizlənməyib və gizlənmək firi də yoxdur.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun iyunun 19-da yaydığı məlumata görə, ehtiyatda olan polkovnik, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar, 1996-cı il tarixli hökmü ilə 01 sentyabr, 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan CM-nin 244-cü maddəsinin «a» bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıxov İsa Nəzər oğlunun CM-in 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.
Bununla əlaqədar 25 fevral, 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr, 2000-ci il tarixinədək qüvvədə olmuş CM-in 255-ci maddəsinin «v» bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel, 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr, 2001-ci il tarixli qərar təzələnib və CM-in 341.3-cü maddəsinə tövsif edilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyi bildirilir. Bu məsələ ilə bağlı İ.Sadıxov haqqında beynəlxalq axtarış elan edilməsi barədə də məlumatlar yayılıb.

İdrak Abbasov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button