İşçini işdən çıxarmaqla hədələmək qadağandır –Əmək Müfəttişliyi

Dövlət Əmək Müfəttişliyi Xidməti “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusunda seminar keçirib.

Seminarda bildirilib ki, Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda işçini işdən çıxarılacağı ilə hədələmək də qadağandır. Əmək Məcəlləsində deyilir: “Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır.

İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.(strateq.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button