İşdən azad olunan müəllimədən İlham Əliyevə ritorik suallar…

Dillər Universitetinin rektoru Kamal Abdullanın uydurma bəhanələrlə işdən çıxardığı Pərvin Mürsəlova İlham Əliyevin keçirdiyi son müşavirədən sonra maraqlı status paylaşıb. Xural.com Pərvin Mürsəlovanın statusunu təqdim edir:

“Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? (Prezident İlham Əliyev, 15 oktyabr çıxışı, Azərtac)
Hörmətli prezident, bu fikirləri bildirirsinizsə niyə yaşı 70-i keçmiş Kamal Abdullanı Xarici Dillər kimi beynəlxalq standartların tədqiqi üçün özək olan universitetə rektor təyin etdiniz? Onun da gördüyü ilk islahat məni – 35 yaşlı gənc kadrı işdən qovmaq oldu.

Cənab prezident, sualım sizədir – 75 yaşlarında heç bir xarici dil bilməyən, beynəlxalq prinsiplərdən, standartlardan, hətta yerli konstitusiyadan xəbərsiz adam necə Dillər Universitetinə rektorluk edə bilərdi? Ceyhun Bayramov, nədən qorxub bu rektorluğa yararsız adamın əməllərini gizlədirsiniz və 2024-ə qədər ADU-nu akkreditasiyadan keçmiş hesab edirsiniz? Yoxlama edəndə mənim qanunsuz işdən qovulma əmrimə rast gəlmədiniz? Elə ordan görünür necə yoxlamısınız Ceyhun Bayramov, Sizin ki, 75 yaşınız yoxdur, siz ki gənc kadr, gənc nazir sayılırsınız?

İslahatlar gedir, hara gedir?”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button