İsfəndiyar Vahabzadənin 50 il Rusiyaya girişi qadağan edilib

Rusiya Daxili İşlər Nazirliyi, Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin, “İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə”, 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib.

Bu barədə, Rusiya Daxili İşlər Nazirliyi məlumat verib. Qazaxıstandakı “dil patrulları”nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən, Qazaxıstan vətəndaşı Kuat Ahmetova da, analoji qadağa qoyulub. Məlumatda bildirilir ki, sitat: “Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, Rusiyaya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar, ölkə ərazisinə buraxılmayacaqlar”.

Xatırladaq ki, Vahabzadə, Vladimir Jirinovskini, Azərbaycanın ünvanına təhqirinə cavab olaraq onu “donuz” və “eşşək” adlandırıb. Vahabzadə həmçinin, bütün rusların ünvanına təhqir səsləndirib, baxmayaraq ki, Jirinovski, yəhudidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button