“İsgəndər Həmidov yaşayır!”-AÇIQLAMA

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun dünyasını dəyişdiyi haqqında facebook sosial şəbəkəsində statuslar paylaşılıb. Bu haqda xural.com-un baş redaktoru Əvəz Zeynallı təkzib xarakterli status paylaşıb. Statusu təqdim edirik:

“Ard-arda dostlar zəng edib İsgəndər Həmidov haqqında soruşurlar. Facebook-da bəzi dostların İsgəndər Həmidovun vəfat etməsi haqqındakı paylaşımları narahatçılıq yaradıb. Bu gün səhər də yanında olmuş, həkimləri ilə əlaqə saxlamışdım. İndi də dərhal İsgəndər bəyin yaxınları ilə əlaqə saxladım. Öncə qardaşı oğlu Şəhriyar Məcidzadə ilə danışdım. Şəhriyar bəy xəbəri təkzib etdi. İsgəndər bəyin oğlu Məcid bəy də durumun çox ağır olduğunu, amma atasının yaşadığını bildirdi. Hazırda İsgəndər Həmidovun müalisə aldığı “City” hospitalla əlaqə saxlanıldı. Növbətçi həkim Məhəmməd Səfərovun verdiyi məlumata görə, İsgəndər bəyin durumu sabit ağır olaraq qalır, amma başqa bir dəyişiklik yoxdur.
Əziz dostlar, İsgəndər Həmidovun vəziyyəti həqiqətən çox ağırdır, amma dəqiqləşdirmədən lütfən yanlış xəbərlər paylaşmayaq. Bu, həm onun ailəsinə, həm də dostlarına yaxşı təsir göstərmir. Dua edək ki, Tanrı öz möcüzələrindən birini daha göstərsin və İsgəndər bəyi yaşama qaytarsın.
Allah bütün xəstələrə şəfa versin, İsgəndər bəyə də!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button