İsgəndər Həmidovun avtomobili cərimə dayanacağına aparılıb

Sozcu.az xəbər verir ki, bu barədə məlumat verən jurnalist Əvəz Zeynallı bildirib ki, İsgəndər Həmidov 19 yanvar mitinqində etdiyi kəskin çıxışına görə hədəfə götürülüb:

“İsgəndər Həmidov 19 yanvar mitinqindən və oradakı sərt çıxışından sonra hədəfə götürülüb. Onun avtomobilini bu gün cərimə dayanacağına aparıblar və İsgəndər Həmidov cərimə dayanacağına gedib cəriməni ödəməyə və avtomobilini götürməyə hazır olsa da, tam qanunsuz olaraq ona avtomobilini verməyiblər. “Səhər gəl” deyiblər. İsgəndər bəy illərdir bu cür hadisənin baş vermədiyini deyir. Yeni komplolarmı var?!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button