İŞID-ın gəlir qaynaqları

Büdcənin analizi çox məsələləri anlamağa imkan verir.

“NRP” və “The Guardian”-ın jurnalistləri bu günlərdə İŞİD-in nəzarətində olan Dayr əz-Zaur əyalətinin (Suriyanın şərqi) 2015-ci ilin yanvar ayı üçün büdcə gəlirləri haqda məlumatlar əldə etməyə nail olublar. Nəticədə bilirik ki, gəlirlər əsasən, müsadirədən (44,7%), neft-qaz satışından (27,7%), əhalidən yığılan vergidən (23,7%) və elektrikdən əldə edilir.

Hesablama ABŞ dolları ilə aparılır.

İŞİD öz cinayətlərini gizlətmir

“The Guardian”-ın qeyd etdiyi kimi, rəqəmlər düzgündürsə, bu o deməkdir ki, İŞİD neftlə ən zəngin əyalətlərdən birində gündə cəmi 66 400 dollar qazanır. Bu isə bəyan edilmiş üç milyon dollardan olduqca azdır.

NRP öz növbəsində müsadirələri diqqətlə nəzərdən keçirdib: 17 ev, 80 maşın, 480 000 dollar, 180 milyon kv.m torpaq, 1200 qutu siqaret, 1320 qoyun və 50 inək.

“Hər şeyin nə qədər təfərrüatı ilə təsvir edildiyi və etdiyi cinayətlərə görə İŞİD-in nə qədər dürüst olduğu təəccüblüdür”.

Amerika radiostansiyası həmçinin antik əşyaların satışı və hər şeyin necə dəqiq təşkil edildiyindən danışır.

Yüksəldilmiş tariflər

Əyalətin yanvar ayındakı gəlirləri arasında birinci yerdə əsgərlərə ödəniş (43,6%) durur. NRP-də qeyd dildiyi kimi, bütün bunlar iki tip malın mövcud olduğu paralel iqtisadiyyat formalaşdırır: biri İŞİD üzvləri üçün, digəri qalan hamı üçün.

“Muhəmmədin dediyi kimi, İŞİD-in əsgərləri pulu sağa-sola səpirlər. Əsgərlərdən biri onun yanında necə oldusa, şokolada 50 dollar verdi. Mağazalarda da başa düşdülər ki, xoşagələn şeylərə görə onları istənilən qiyməti ödəməyə məcbur edə bilərlər. Bu, birinci növbədə Qərb şirniyyatına, xüsusən Snickers və Twix-ə aiddir”.

Kabablar və dövlət xidmətləri

Bundan başqa, onlar hamburger, pissa, kabab, gözəl maşın və AXE dezodorantını sevirlər. Başqa sözlə, yeniyetmələrin xoşuna gələn hər şeyi…

“The Guardian”-ın məlumatına görə, gəlirin yalnız 17,7%-i dövlət xidmətinə sərf edilir.

Qreqor Brandi

Slate.fr (Fransa), 08.12.2015

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button