
İŞİD liderinin 16 yaşlı cariyəsi: “Məni kəmərlə döyürdü və …”

Əsir götürüldükdən sonra bazardan alınaraq şəxsən Əl-Bağdadiyə qulluq üçün aparıldığını deyən 16 yaşlı Zeynatın sözlərinə görə, İŞİD rəhbəri onu döyüb:”Mənimlə dəhşətli rəftar edirdi. Qardaşlarımı və atamı öldürdülər. Anam və bacılarmla başqaları evləndi. Əl-Bağdadi özü kompyuterində mənə başı kəsilən insanları göstərdi”.
Ancaq Əl-Bağdadinin onları kölə kimi saxladığı evin açarlarını taparaq qaçmağa müvəffəq olan Zeynat İŞİD liderini onu su şlanqı və kəməri ilə ilə şəxsən döydüyünü deyib:”Məni kəmərlə, su şlanqı ilə döyürdü. İŞİD-ə qoşulmağımı tələb edirdi. Yaşadığım dəhşət indi də məni qorxudur”.