İŞİD liderinin 16 yaşlı cariyəsi: “Məni kəmərlə döyürdü və …”

43253İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin cariyəsi olmuş Zeynat adlı 16 yaşlı qadın terrorçunun yanında yaşadığı müddətdə başına gətirilən dəhşətlərdən danışıb. Cebhe.info CNN-ə istinadən xəbər verir ki, bu telekanala müsahibəsində Zeynat dəhşətli faktlar açıqlayıb.
Əsir götürüldükdən sonra bazardan alınaraq şəxsən Əl-Bağdadiyə qulluq üçün aparıldığını deyən 16 yaşlı Zeynatın sözlərinə görə, İŞİD rəhbəri onu döyüb:”Mənimlə dəhşətli rəftar edirdi. Qardaşlarımı və atamı öldürdülər. Anam və bacılarmla başqaları evləndi. Əl-Bağdadi özü kompyuterində mənə başı kəsilən insanları göstərdi”.
Ancaq Əl-Bağdadinin onları kölə kimi saxladığı evin açarlarını taparaq qaçmağa müvəffəq olan Zeynat İŞİD liderini onu su şlanqı  və kəməri ilə ilə şəxsən döydüyünü deyib:”Məni kəmərlə, su şlanqı ilə döyürdü. İŞİD-ə qoşulmağımı tələb edirdi. Yaşadığım dəhşət indi də məni qorxudur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button