İşıqpulu narazılıqlarına “Azərişıq” dan AÇIQLAMA

“Sərf etdiyindən artıq pul yazılması barədə abonenltərin iddiaları yoxlanılıb və sayğac hesablamasında hər hansı səhv qeydə alınmayıb”

Son günlər media və sosial şəbəkələrdə elektrik sərfiyyatının reallığa uyğun hesablanmaması və sayğaclara kənar müdaxilə ola biləcəyi şübhəsi ilə bağlı müzakirələrdə səslənən iradlara “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti (ASC) təmsilçiləri avqustun 11-də mətbuat konfransı keçirərək cavab veriblər.

Mətbuat konfransında müzakirə edilən məsələnin mahiyyəti əsasən Smart tpli sayğaclara kənar müdaxilənin mümkün olub-olmaması idi.

Qurumun ictimaiyyətlə əlaqaələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev iyul ayında abonentlərə işıq pulunun çox gəlməsini havaların isti keçməsi üzündən elektrik sərfiyyatının çoxalması ilə izah edib.

“Azərişıq” ASC SMS sayğaclar şöbəsinin rəisi Araz Məmmədzadə isə bildirib ki, Smart sayğaclara müdaxilə edilməsi mümkün deyil:
“Eyni zamanda sayğacın qeydə aldığı göstəriciləri belə dəyişmək olmaz. Bu sayğacları sındarmaq olar, amma qeydə aldığı nəyisə dəyişmək mümkün deyil” – deyə A.Məmmədzadə bildirib.

A.Məmmədzadə deyib ki, sayğaclar zavod təminatı ilə gəlir, test edilir, ondan sonra istismara verilir.

Onun sözlərinə görə, elektrik enerjisinə görə, sərf etdiyindən artıq pul yazılması barədə abonenltərin iddiaları yoxlanılıb və sayğac hesablamasında hər hansı səhv qeydə alınmayıb.

Eyni zamanda, “Azərışıq” ASC təmsilçiləri xatırladıblar ki, Taarif Şurasının ötən il verdiyi qərara uygun olaraq mənzillərdə kondisionerlərin uzun müddətli çalışması ilə aylıq 7 qəpikdən hesablanan 300 kilovatlıq limiti keçdikdə, qalan sərfiyyat hər kilovat enerjiyə görə, 11 qəpikdən hesablanır.

Öz növbəsində konfransa qatılan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, sistemə kənardan müdaxilə edilməsinə onda şübhələr var. Onun fikrincə, yerli və beynəlxalq audit olmalıdır ki, bu fəaliyyətin standartlara uyğun olub-olmadığı müəyyən edilsin.

Xatırlatma

Son günlər ayrı-ayrı vətəndaşlar sosial şəbəkələrdə istifadə etdikləri elektrikin çox hesablanmasına aid iddialar yayırlar.Həmin iddialarda əsas tənqid hədəfi “Azərişıq” ASC idi.

Azadliq.org

Əlaqəli məqalələr

2 şərh

  1. :) Əhsən, Azərİşıq!!!
    Amma AZƏRSU dələduzlarının “arsız fırıldaq” səviyyəsinə çata bilməzsiniz!
    Özüdə ki, bu “total üzəduranlıq” fəndini 2010-cu ildə elə AZƏRSUnun fağırgüdən “dvijeniyalı” выбл@док-ları “icad” eləmişdi (və 8 aydan sora rəisləri dəyişilmişdi)! İndi amma Azərsu, “özünü tutandan” sora, bir az sakitləşib, bicləşib və keçib gizli “lokal üzəduranlığa” :

    Xüsusi “idarə xakerləri” (“bu il bu loxlar,gələn il o birilər” planı üzrə hərəkər edərək) qapı-qapı gəzib seçdikləri sayğacları gizlincə, xüsusi proqramlaşdırılmış KARTLA, “qurdalayıb” ERRORa salır(ekrana cürbəcür əcaib yazılar,həmçinin ERROR sözü,çıxır, amma sayğacdan su hələ ki keçir,mənzilə su gəlir), … və bir müddətdən sora başqa işçilər gəlib, sayğacın içindəki o klapanı,başqa kartla,kilidləyirlər, və sonrasa susuz qalıb idarəyə qaça-qaça gələn çarəsiz “lox”lardan “cərimələr” tələb edirlər.

    AzərSu idarəsinin özündəsə deyirlər ki, guya — “sayğacınızda balans bitəndən sora, nasaz KLAPAN bu suyu kəsə bilməyibdi və nəticədə qanunsuz olaraq filan qədər MÜFTƏ su işlətmisiniz, biz bunu aşkarlayıb klapanı kilidləmişik, indi filan qədər cərimə ödəməlisən ki açaq”.

    Bu azmış kimi, hələ hardansa uydurma (“bişmiş strausu” da güldürən) “ARALARDA yaddan çıxıb UNUDULMUŞ çoxsaylı köhnə BORCLAR” da onların “yadına düşür”, və nəticədə hətta ən kasıb “1 otaqlı mənzildə yaşayan” abonentdən belə, azı 60-100 manat “cərimə” istəyirlər, (abonent torqovatsya eləyəndən sorasa 30-50 manatla “razılaşırlar”).

    Bu oyunu (son 5-6 il ərzində) artıq çoxlarının başına açıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button