İslam Partiyasının üzvləri ömürlük həbs edilə bilər

Vəkil Anar Qasımlı bunu istisna etmir, ancaq ümidini də itirmir

 Bu gün İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı rayon təşkilatının üzvü Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxunması tələb olunacaq.

Bu barədə XuralTAC açıqlama verən Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirib ki, prosesdə dövlət ittihamçısı Vüqar Quliyev adı çəkilən şəxlərə iş istəyəcək. Vəkil deyib ki, müdafiə etdiyi şəxs də daxil olmaqla təqsirləndirlən digər bir neçə şəxsə ömürlük həbs cəzası belə istənilə bilər: “Təqsirlədirilən şəxslərə elan olunan ittihamlar onlara ömürlük həbs cəzası verilməsini mükün edir. Ancaq axı onlar heç nə etməyib? Məncə, məhkəmə buna getməyəcək. Çünki məhkəmənin gedişi də göstərdi ki, bütün ittihamlar saxtadır və bu, qurama bir işdir»”.

Qeyd edək ki, İslam Partiyasının sədri Mövsüm Səmədov və digərləri Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 214-cü maddəsində təqsirləndirilən şəxslərin əmlakı müsadirə olunmaqla on beş ilədək, 228-ci maddəsində səkkiz ilədək, 278-ci maddədə isə on beş ilədək və ya ömürlük azadlıqdan məhrum edilməsi nəzərdə tutulub.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button