İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq.

Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı “Şəhidlər vadisi” xatirə kompleksinin kilsəsində olan mərhum diktatorun nəşi paytaxt ətrafındakı El Pardo sarayında torpağa tapşırılacaq. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, ölkənin ədliyyə naziri Dolores Delqadonun da iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, ötən ilin yayında sosialist hökumətinin fəaliyyətə başlaması ilə faşist-diktator Frankonun məqbərəsi yenidən siyasi gündəmə gəlib. Ötən ayın sonunda Ali Məhkəmə F.Frankonun nəşinin köçürülməsinə icazə verib. Halbuki mərhumun varisləri bununla razılaşmır.

1936-1939-cu illər vətəndaş müharibəsində həlak olanların dəfn olunduğu “Şəhidlər vadisi”ndə 35 minədək insan dəfn olunub. Solçuların yaratdığı Xalq Cəbhəsi hökumətinə qarşı hərbi üsyan qaldıran general F.Franko 4 il davam edən müharibə nəticəsində ölkədəki hakimiyyəti ələ keçirərək sərt avtoritar rejim qurmuş, caudillo (rəhbər, öndər) rütbəsilə 1975-ci ildə vəfat edənədək ölkəni idarə etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button