İspaniyaya 4 gəmimiz getdi

«Evrovision-2012»-nin tikinti materiallarını Xəzər Dəniz Gəmiçiliyinin 4 gəmisi gətirəcək…

«Evrovision» mahnı yarışmasının Azərbaycanda keçirilməsi haqqında mütəmadi məlumatlar dərc edirik. Ötən saylarımızda bu məsələyə toxunmuşduq. ARDNŞ-in öz əməkdaşlarının maaşlarından 1 faiz «Evrovision-2012» üçün tutması, İctimai Televiziyanın öz əməkdaşlarının 3 aylıq maaşlarını verməməsi haqqında yaydığımız xəbər «Evrovision-2012» haqqında XuralTAC-a məlumatlar axınına səbəb olub. Aldığımız məlumatlara görə, artıq «Evrovision-2012» üçün tikiləcək məkanın bəlli olmasından sonra sürətlə işlərə başlanıb. Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə «Evrovision-2012» mahnı yarışmasının Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin olunub və bu, işlərin gedişində öz əhəmiyyətli təsirini göstərməkdədir. Belə ki, yarışma üçün tikiləcək məkanın təsbit olunmasından dərhal sonra Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan 4 böyük yük gəmisi İspaniyaya yola düşüb. İşləri sürətləndirmək üçün lazım olan materialların yük avtomobilləri ilə gətirilməsi çox zaman alacağından, tikinti materiallarını gəmi vasitəsilə Avropadan gətirmək qərarlaşdırılıb. XuralTAC-ı məlumatlandıran mənbənin sözlərinə görə, gəmilər birbaşa Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun nəzarətindədir və bir neçə gün ərzində yüklər Bakı limanına yetişdiriləcək.

XuralTAC

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button