İsrail İranın hərbi bazasını bombaladı – Beynəlxalq gərginlik

İsrail qırıcıları İranın Suriyadakı hərbi bazasını bombalayıb.
 
Xural.com xəbər verir ki, bu barədə informasiyanı “Haaretz” qəzeti yayıb. Qəzetin iddiasına görə, zərbənin endirildiyi baza paytaxt Dəməşqin 13 kilometrliyindəki Əl Kisva bölgəsində yerləşib. İsrail təyyarələrinin bazaya zərbə endirmək üçün Livan hava məkanından Suriyaya girdikləri bildirilib.
Aviazərbələr nəticəsində bazada güclü partlayış baş verib. Bu hücumdan sonra Suriya Hava Hücumundan Müdafiə Qüvvələri İsrail təyyarələrinə raketlərlə cavab verib.
Qeyd edək ki, hələlik nə Suriya, nə İran, nə də İsrail rəsmiləri məsələ ilə bağlı açıqlama veriblər.(bakupost.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button