Rubrikalar: DÜNYA XuralTAC

İsrail kəşfiyyatı Trampı dinləyirmiş

ABŞ hökumətinin iki ilə yaxın davam edən araşdırması belə qənaətə gəlməyə əsas verib ki, İsrail kəşfiyyatı Ağ Evi və prezident Donald Trampı davamlı olaraq dinləyib.

“AzPolitika.info” xəbər verir ki, xarici mətbuatda bu məsələ ilə bağlı yayımlanan məqalələrdə ABŞ rəhbərliyinin həmin faktı mümkün qədər gizlətməyə çalışdığı bildirilir.

Nüfuzlu “Politica” dərgisi üç mənbəyə istinad etdiyini vurğulayaraq yazır ki, amerikalı ekspertlərin xeyli müddətdir davam edən araşdırmaları zamanı ələ keçirilən dinləmə cihazları, onların mənşəyi və istehsal tarixləri dinləmənin məhz İsrail tərəfindən həyata keçirildiyini tam əminliklə söyləməyə əsas verir.

Dinləmə qurğularının Ağ Evə yaxın ərazilərdə yerləşdirildiyi, onların əsas hədəfinin isə məhz Donald Tramp və ona ən yaxın şəxslər olduğu iddia edilir. Yüksək göstəricilərə malik müasir texnologiyalardan istifadə edən İsrail kəşfiyyatının bu fəaliyyəti nəticəsində hər hansı bilgilərə sahiblənib-sahiblənə bilmədiyi barədə heç bir məlumat yoxdur.

Ən çox diqqət yetirilən və tənqid olunan məqamlardan biri isə təkcə dinləmə faktı deyil, həm də odur ki, ABŞ administrasiyası eyni addımı atan digər ölkələrə qarşı çox sərt addımlar atdığı halda, İsrailə heç bir irad belə bildirməyib.
İsrailin ABŞ-dakı səfirliyi isə yayılan məlumatları təkzib edərək, heç bir dinləmə qurğusuna aidiyyatlarının olmadığını bəyan edib.

Xatırladaq ki, hələ 2018-ci ilin aprelində ABŞ hökuməti Vaşinqtonda dinləmə qurğularının aşkarlandığı barədə məlumat yaymışdı. Lakin bu qurğuların kimlər tərəfindən quraşdırıldığı barədə xəbər verilməmişdi.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

35 saylı dairənin sədri istefa ərizəsi yazdı, hospitala yerləşdirildi – səbəbləri…

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib. Musavat.com unikal.org-a istinadən xəbər verir ki,…

25 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

İqbal Ağazadənin İ.İsmayılov küçəsində növbəti görüşü oldu

Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə İnqilab İsmayılov küçəsinin sakinləri ilə növbəti dəfə görüşüb. Bildirib ki, bu küçədə hansı…

25 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

AXCP üzvü Zamin Salayev işgəncəyə məruz qalıb?-DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi inzibati həbsdə olan AXCP fəalı Zamin Salayevin oğlunun guya işgəncə nəticəsində atasında olan yırtığın partlaması ilə bağlı…

25 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

OCCRP-Feyziyev məhkəmə işi yekunlaşıb

Təşkilat məqalələrə azərbaycanlı iş adamının mövqeyini daxil edib Təqribən iki ildir ki, OCCRP Londonda azərbaycanlı iş adamı və parlament üzvü…

25 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Demokratiya indeksində Azərbaycan avtoritar ölkələr sırasına daxil edilib

Azərbaycan 167 ölkə arasında 147-ci olub Böyük Britaniyanın “Economist Intelligence Unit” şirkəti tərəfindən tərtib edilən Demokratiya İndeksinə görə Azərbaycandakı hakimiyyət…

24 Yanvar 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlətə xəyanətdə ittiham olunan jurnalistin işindəki zərərçəkən məlum oldu

Fevralın 3-də Polad Aslanovun məhkəməsi başlayır Dövlətə xəyanət ittihamıyla həbs olunan “xeberman.com” saytının baş redaktoru Polad Aslanovun məhkəməsi başlayır. Onun…

24 Yanvar 2020
Xural.COM