İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi

İsrailin peyk kəşfiyyat şirkəti “İmageSat İnternational” Türkiyənin Rusiyadan bu yaxınlarda aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin yerləşdirildiyi mövqeləri görüntüləyib.

Virtualaz.org xəbər verir ki, şirkət komplekslərin görüntülərini özünün Twitter səhifəsindən yayıb.

Görüntülərə əlavə olaraq şirkət bildirir ki, komplekslər Ankara ətrafındakı Mürted aviabazasında yerləşdirilib, sistem əməliyyat rejimindədir, radarları və raket-buraxılış qurğuları döyüş mövqeyindədir. Lakin raket-buraxlış qurğuları boşdur və raketlərlə doldurulmayıb.

Ehtimal edilir ki, kompleksin raketləri hələ Türkiyəyə çatdırılmayıb və daha sonrakı mərhələdə gətiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button