İsrail ordusu Xan Yunis şəhərini mühasirəyə salır

Dekabrın 6-da İsrail qüvvələri Qəzzanın cənubunda əsas şəhəri mühasirəyə salmağa başlayıblar. HƏMAS-ın radikal silahlıları ilə küçələrdə, binalarda döyüşlər gedir.

ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat sayır.

İki aydır davam edən İsrail-HƏMAS müharibəsi artıq anklavın cənubuna keçir. Qəzzanın şimalı İsrail bombardmanı nəticəsində, əsasən, dağılıb, iki milyona yaxın insan evindən didərgin düşüb.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək min 200 nəfəri qətlə yetirib, azı 240 nəfəri girov götürüb. Bundan sonra İsrail HƏMAS-ın idarə etdiyi Qəzza zolağını bombardman etməyə başlayıb.

Dekabrın 5-də Qəzzanın cənubundakı Xan Yunis şəhəri yaxınlığında İsrail tankları, zirehli texnikası, buldozerləri görünməyə başlayıb. Şahidlərin AFP-yə dediyinə görə, məcburi köçkünlər əşyalarını yığıb yenidən qaçmağa məcbur qalıblar.

“Qüvvələrimiz hazırda Qəzza zolağının cənubundakı Xan Yunis şəhərini mühasirəyə salır”, – İsrail ordusunun sözçüsü Herzi Halevi dekabrın 5-də axşam deyib.

“Qəzza zolağının şimalında HƏMAS-ın bir çox istehkamını ələ keçirmişik, indi isə cənubdakı istehkamlara qarşı hərəkətə keçmişik”, – o əlavə edib.

Qəzzada indiyədək azı 16 min nəfərin, əsasən, qadın və uşaqların öldürüldüyü bildirilir.

İsrail HƏMAS-ı məhv, 138 girovu azad edəcəyini bildirib. Bir neçə günlük atəşkəs zamanı onlarla girov fələstinli məhbuslara dəyişdirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button