İsrail qüvvələri Hizbulla lideri Həsən Nəsrullahın öldürüldüyünü bildirir
İsrail qüvvələri Hizbullah silahlı qruplaşmasının lideri Həsən Nəsrullahı sentyabrın 27-də Beyruta zərbələr nəticəsində qətlə yetirib. Bunu ordunun ərəbcə danışan sözçüsü sentyabrın 28-də deyib.
Hizbullahın bir neçə komandiri də öldürülüb.
Hizbullah hələlik, Nəsrullahın ölümünü təsdiqləməyib.
Hizbullah Livanın cənubuna nəzarət edən həm silahlı qrup, həm də siyasi partiyadır.
Birləşmiş Ştatlar bu qrupu terrorçu təşkilat kimi tanıyıb, amma Avropa İttifaqında onun yalnız silahlı qanadını qara siyahıya salıb.
İsrail ordusu sentyabrın 28-də səhər Beyrutun cənubunda və Livanın şərqində Hizbullah hədəflərinə yeni zərbələr endirdiyini bildirib. Bir gün öncə isə Beyrut kənarı kütləvi bombalanıb, Hizbullah lideri və digər aparıcı fiqurlar hədəfə alınıb.
Ancaq zərbələrdən sonra Nəsrullahın taleyi barədə məlumat yox idi.
Həsən Nəsrullah Livanda Hizbullah qruplaşmasını güclü siyasi və hərbi təşkilata, eləcə də İranın yardımı sayəsində regionda böyük oyunçuya çevirib.
İsrail mediası sentyabrın 28-də səhər yazıb ki, Nəsrullahın qızı Zeynəb öldürülüb. Hizbullah bu xəbəri təsdiqləməyib.
Nəsrullahın oğlu Hadi 1997-ci ildə İsrail qoşunlarına qarşı döyüşdə öldürülüb.