İsraildə BTC ilə bağlı şok narahatçılıq var

«Ankara yəhudi dövlətini Xəzərin enerji ehtiyatlarından məhrum edə bilər»

“Bakı-Tiflis-Ceyhan boru kəməri Türkiyəyə məxsus deyil, onun sahibi böyük beynəlxalq şirkətlərdir. Türkiyə heç zaman neftin nəqlini dayandırmaz, əks-halda bu, saysız məhkəmə iddiaları və böyük biznesin nəzərində ölkənin işgüzar nüfuzuna ciddi zərbə ilə nəticələnə bilər”.

Bu fikirləri “Globes” işgüzar nəşrinə açıqlamasında İsrailin KCAA neft nəqli şirkətinin sabiq rəhbəri Oren Şaxor deyib. Mövcud Türkiyə-İsrail gərginliyi fonunda Ankaranın yəhudi dövlətini enerji təminatından məhrum etmək barədə iddialara toxunan İsrailli mütəxəssis deyib ki, belə bir ssenari mümkün deyil və buna görə narahat olmağa dəyməz: “Çünki bu kimi məsələlər beynəlxalq qanunvericilik və öhdəliklərlə tənzimlənir”.

“İzrus” saytı yazır ki, Türkiyə ilə İsrail arasında gərginlikdən sonra Tel-Əvivdə belə bir narahatlıq var ki, Ankara yəhudi dövlətini Xəzərin enerji ehtiyatlarından məhrum etməyə cəhd edə bilər.

Xatırladaq ki, BTC xətti ilə nəql olunan Azərbaycan nefti Ceyhan limanına çatdıqdan sonra buradan tankerlərlə

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

İsrailə çatdırılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button