İsrailin baş naziri xəstəxanaya yerləşdirilib

İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü axşam saatlarında Təl-Əvivdəki “Şiba” klinikasına yerləşdirilib. “The Jerusalem Post” ürək aritmiyalarına nəzarət üçün onun kardiostimulyatorla təchiz edildiyini və əməliyyatın uğurla keçdiyini yazır.

O da xəbər verilir ki, Netanyahu parlamentdə məhkəmə islahatları ilə bağlı səsvermədə iştirak etmək üçün bazar ertəsi xəstəxananı tərk edəcəyinə ümid edir.

İyulun 24-də səsverməyə çıxaracaq məhkəmə islahatları İsraildə kütləvi etirazların əsasını təşkil edir. İslahata qarşı olanların fikirincə bu, hökumətin qərarlarına məhkəmə nəzarətini zəiflədəcək və faktiki olaraq məhkəmələr müstəqilliyini itirəcək. Netanyahu və onun müttəfiqləri isə hakimlərin “həddindən artıq” səlahiyyətlərini cilovlamaq üçün islahat lazım olduğunu iddia edirlər.

İslahat layihəsinə qarşı etirazlar bu ilin martında başlayıb. Etiraz başlayan gün 600 minə yaxın adam küçələrə çıxıb, ölkə tətilər başlayıb. Bundan sonra Netanyahu məhkəmə islahatlarına baxılmasını Knessetin yay sessiyasına qədər təxirə salmaq qərarına gəlib.

Yay ssesiyası ilə bərabər etirazlar yenidən canlanıb. İyulun 20-də on minlərlə israilli Təl-Əvivdən Qüdsə etiraz olaraq yürüş edib və parlamentin qarşısında çadır şəhərciyi qurub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button