İsraillə Fələstin bir-birinə raket zərbələri endirib

Avqustun 6-sı səhər saatlarında İsrailin Qəzza zolağına yenidən raket zərbələri endirdiyi bildirilir. Bu barədə Reuters agentliyi xəbər verir.

Məlumatda vurğulanır ki, İsrail bunu raket atmağa hazırlaşan “İslami Cihad” terror qruplaşmasının yaraqlılarına qarşı qabaqlayıcı zərbə adlandırıb.

İdda olunur ki, İsrail hərbçiləri üç yaşayış binasını vurub və onlardan biri tamamilə dağılıb.

Fələstin Səhiyyə Nazirliyi raket zərbələri nəticəsində ən azı 12 nəfərin öldüyün, 84 nəfərin yaralandığını bildirib. O da qeyd edilir ki, öz növbəsində Fələst də İsrail ərazisinə ən azı 160 raket atıb. Dağıntı və insan təlafatı ilə bağlı məlumat verilmir.

Raketlər İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilir.

BMT, eləcə də Misir və Qətər rəsmiləri hücumları dayandırmağa çağırırlar.

Reuters-in məlumatına görə, münaqişənin daha da genişlənməsi Qəzzəyə nəzarət edən Həmas qruplaşmasının döyüşlərə qoşulub-qoşulmayacağından asılı olacaq.

Bir gün əvvəl, avqustun 5-i axşam saatlarında İsrail ordusu əməliyyat nəticəsində “İslami Cihad” qruplaşmasının şimal diviziyasının komandiri Taysir əl-Cəbarinin zərərsizləşdirildiyini açıqlayıb.

Qrup komandirin ölümünü təsdiqləyib. Bildirilir ki, Əl-Cəbari “İslami Cihad”ın Həmas qruplaşması ilə əlaqəsini koordinasiya edib.

Həmçinin, o da iddia olunur ki, əl-Cəbari İsrailə qarşı çoxsaylı terror aktları və raket hücumlarında iştirak edib.

İsrailin “İslami Cihad” terror qruplaşmasına qarşı keçirdiyi əməliyyat sərhəddə nisbi sakitliyə son qoyub. Sonuncu böyük toqquşma 2021-ci ilin mayında olub, o zaman İsrail və Fələstin arasında 11 gün davam edən ağır döyüşlərdə ən azı 260 nəfər həlak olub.

Təl-əviv ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və ehtiyatda olan 25 min hərbçinin xidmətə çağırdığını elan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button