“İsraillə danışıqların son mərhələsindəyik” – Türkiyədən rəsmi açıqlama

ibrahim-kalin

“İsraillə bir müddətdir davam edən danışıqların son mərhələsindəyik”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbarhim Kalın aprelin 25-də keçirdiyi həftləik brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda daha bir görüşün keçirilməsi planlaşdırılır:“Fələstin torpaqlarında, o cümlədən Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində addım atılacağını gözləyirik”(Report).

Qeyd edək ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçiləri hücum etmişdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 dinc vətəndaşı öldürülmüşdü. Həmin tarxidən iki ölkə arasındsa münasibətlər pozulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button