İsraillə İran toqquşdu –Hələlik Colan təpələrində

İsrail aviasiyası Suriya ordusunun Colan yüksəkliyindəki mövqelərini atəşə tutub.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyi “Əl-Mayədin”telekanalına istinadən xəbər verib.

Bundan əvvəl Colan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi  Suriya istiqamətindən atəşə tutulub.

İsrail Müdafiə ordusunun yaydığı açıqlamada isə bildirilir ki, İrana tabe qüvvələr tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button