İşsiz qalan tanınmış jurnalistdən intihar anonsu: “Həyatın dibindəyəm…”

Azərbaycanın tanınmış media nümayəndələrindən hesab olunan jurnalist ürək parçalayan vəziyyətindən danışıb.

Minval.info xəbər verir ki, jurnalist Səbuhi Məmmədli sosial şəbəkə profilində maddi cəhətdən ciddi çətinliklərinin olduğunu qeyd edib.

O, səhvləri barədə etiraflar edib, həmçinin hazırda çarəsizlik içərisində olduğunu bildirib.

“Mən hər cür səhvlər etmişəm. Böyük qələtlər eləmişəm. Vüsalə Məmmədova kimi ülvi bir adamın adı mənim qələtlərim arasında hallanıb. Vüsalə Mahirqızına, hansı ki mənə altı il dözüb, yalan demişəm. Hətta öz oğluma, balaca Sədəfimə, canım Mışkalımə elə”.

Səbuhi Məmmədli bu mövzuya niyə toxunduğunu və yazdıqlarının səbəbini izah edib:

“Bunları niyə yazdım. Həyatın dibindəyəm. Burdan xilas yolu yoxdur. Öz axmaqlığımdan evim satılır. Borclarım var. Öz axmaqlığımdan hamıya problem yaratmışam. İntiharmı? Bəlkə də. Amma ona da gücüm çatmır. Axı yaşamaq istəyirəm”.

Qeyd edək ki, jurnalist bu günlərdə “APA Holdinq”dən ayrılıb və hazırda işsizdir. Səbuhi Məmmədli profilindəki paylaşımdan bir qədər sonra statusunu silib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button