“İstərdim prezident İlham Əliyevə müraciətim nəzərə alınsın”

02.06.2014

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevə müraciət edərək həbsdə olan jurnalist Əvəz Zeynallının əfv olunmasını istəmişdi. Prezident İlham Əliyev mayın 26-da 171 məhkumu əfv etdi, amma Əvəz Zeynallı həbsdə qaldı.

İyunun 2-də “Media forum” danışan İlyas İsmayılov deyib ki, məhbus jurnalist Əvəz Zeynallının azadlığa çıxması üçün hər şeyi etməyə hazırdır: “İstərdim gələcəkdə prezident İlham Əliyevə müraciətim nəzərə alınsın. Mən Əvəzin azadlığa çıxmasının tərəfdarıyam. Əvəz əsassız olaraq həbs olunub. Onun ittiham olunduğu maddələr sübuta yetirilmir. Həmçinin iki azyaşlı qızı olan birinin 9 il müddətinə azadlıqdan məhrum olunması ədalətli hökm sayıla bilməz. Əvəzin övladları cəmiyyətin balalarıdır”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-cü il hökmü ilə vəzifəli şəxs kimi hədə-qorxu tətbiq edərək külli miqdarda rüşvət istəməkdə və almaqda, məhkəmə qətnamələrini və qərarlarını icra etməməkdə, xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

“Media forum”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button